İran bunda ona görə maraqlıdır ki, yeganə hədəf olmaqdan yayınsın.
Qərb koalisiyası Yaxın Şərqi yenidən şəkilləndirmək istəyir deyə, coğrafiyanın tamamında xaos istəyirlər.
İlkin mərhələdə dörd ölkəni parçalamaq niyyətindədirlər. Bunlar İran, İraq, Suriya və Livandır.
Üç ölkənin ərazisinin genişlənmə potensialı yüksəkdir. Bunlar Türkiyə, Azərbaycan və İsraildir.
İki yeni ölkə, bir neçə yeni muxtariyyət qurmaq niyyətləri var. Bunlar Kürdüstan və Fələstin dövlətləri, həmçinin çoğrafiyadakı toplumların muxtariyyətləridir.
Bütün bunlar görünən niyyətlərdir, şərtlər və ən əsası Allahın iradəsi necə olacaq, bunu zaman göstərəcək.
