DünyaSiyasət

Olayların yaratdığı, əksəriyyəti dezinformasiyadan ibarət xəbərlərin buğusunda itib-batmayın.

Türkiyə mediasında primitiv müsəlman təəssübkeşliyi ilə anti-Azərbaycan ritorikasının güclənməsi əslində özlərinin formalaşdırdığı cahil kütləni manipulyasiya edərək bundan siyasi və ictimai qazanc əldə etmək məqsədi daşıyır.
Türkiyənin müxalifəti də, ictimai-siyasi çevrələri də, iqtidarı da özlərinin cahil saxladığı bu kütlənin dəstəyini qazanmaq üçün “müsəlman təəssübkeşliyi”nə oynayır.

Bir neçə ay sonra İranda qurulacaq yeni idarəetmənin konturları dəyişəndə isə sizlər çevrilmiş bağa kimi ortada qalacaqsınız.

Yenə deyirəm: İran–ABŞ–İsrail savaş əməliyyatı İranın daxilindəki ciddi qüvvələrlə birlikdə hazırlanan əməliyyatdır və onun əsas hədəfi İranı irticaçı, quldur və terrorçu sistemdən xilas etməkdir.

Təbii ki, burada İsrailin və Amerikanın da öz maraqları var, amma ən böyük maraq İranın içində dövlətin gələcəyini düşünən qüvvələrin öz dövlət maraqlarıdır.

Bu gün Türkiyədə başımıza İrançı kəsilən, guya müsəlman təəssübkeşliyi edən həmin çevrələr öz aləmlərində Əliyevi asıb-kəsir, onun təkadam rejimindən danışırlar.

Elə isə bəs Əliyev rejimi illərlə Azərbaycanda günahsız insanları şərləyib həbsxanalara dolduranda, qadın jurnalistləri şərləyəndə,
müxalifət lideri Əli Kərimlini şərləyib həbs etdirəndə,
bu gün isə həbsxanada aclıq aksiyası keçirən Tofiq Yaqubluya qarşı işgəncələr ediləndə,
Gültəkin Hacıbəyli Çatalcada aylarca həbsdə saxlayanda niyə səsiniz çıxmırdı?
Harada idi Türkiyənin — iqtidarını demirəm — müxalifət mediası və sizin “müsəlman təəssübkeşliyiniz”?

İllərlə Azərbaycana hakim olan Rusiya siyasi iradəsinə qarşı da ciddi mövqe ortaya qoymadınız.

Siz işğala və imperializmə qarşı olduğunuzu deyirsiniz, amma bütün günü Ukraynanı işğal edən Rusiya faşizminə mədhiyyələr yağdırırsınız. Tək günahı öz ölkəsini işğaldan qorumaq olan Zelenskiyə isə “kiminsə uşağı” deyirsiniz.
ABŞ-ın İranda həyata keçirdiyi bombardmanın min qatını Rusiya Ukraynada törədəndə isə onları haqlı çıxarırsınız.

İranda cəmi 1–2 ay əvvəl rejim küçələrdə minlərlə insanı qətlə yetirəndə harada idi sizin insanlıq və müsəlman təəssübkeşliyiniz?
O küçələrdə öldürülənlər müsəlman, insan, uşaq deyildimi?

ABŞ və İsrail dünənin dövlətləridir.

Müsəlman cəmiyyətlərindəki gerilik və cəhalət isə onlardan daha qədimdir.
Artıq anlayın ki, müsəlman ölkələrinin əsas düşməni ABŞ və ya İsrail deyil; öz xalqlarını və dövlətlərini talayan təkadam rejimləridir.
Müsəlmanlar olaraq, xalq olaraq hüququn, ədalətin, sosial haqların və firavanlığın hakim olduğu normal bir dövlət qurmayana qədər başqalarının oyunlarının qurbanı olacağıq.
Allah, İslam, Quran və Peyğəmbər sizin üzərinizdə hökmranlıq edən tiranlar, feodal təfəkkürlü rəhbərlər və krallara sadəcə sizi kölələşdirmək üçün alətdir — necə ki, İranda 47 ildir mollalar 90 milyonluq xalqı bu şəkildə cahil və kölə saxlayır.

Öncə özünüz üçün hüququn, ədalətin, sosial haqların və firavanlığın hakim olduğu normal bir dövlət qurun, sonra Allahın kitabının və dininin təəssübünü çəkərsiniz.

Allah öz kitabını qiyamətə qədər özü qoruyacaq — sizin cahil müdafiənizə ehtiyacı yoxdur.

 

Murad Sultanlı

Tacxeber.com

Oxşar xəbərlər

“Diplomsuz cərrahlar, lisenziyasız klinikalar… – cinayətkar mənəm?”

redaktor

Rusiya rəsmilərinə Teleqramla bağlı tapşırıq verildi

admin

Azərbaycanda çovğun olacaq – XƏBƏRDARLIQ

redaktor