Azərbaycan indiyədək bir dəfə də olsun, İrana qarşı yönələn addım atmayıb. Ancaq, yaxın və aralı tarixdə dəfələrlə görmüşük ki, İran rejimi bizim Azərbaycana qarşı çox müxtəlif, saysız- hesabsız ziyankar, təhlükəli əməllərini törədib.
Xüsusən də, bu rejim hər dəfə hansısa tərəflə münaqişə törədib, basqıya məruz qalıb, gücü çatmayanda, rəqibinin gücü və özünün zəiflik səbəbini, şübhə hissini qonşusu Azərbaycana yönəldir. Niyə? Xain xoflu olar, xəyanətlər edib.
İndi, yenə də, bütün Yaxın Şərqdə hegemonluq, at oynatmaq eşqinə düşərək, özü və proksiləri əli ilə min cür təxribat, terror törədib, nəticədə ABŞ və İsraillə hərbi münaqişəyə girib, vurulur, əzilir, gücü çatmır, axır, yapışır Azərbaycandan.
Azərbaycanın ərazisinə heç bir fakt, səbəbsiz birdən-birə dron-bombalar atır, dağıntı və insan xəsarəti törədir. Onların Prezidentləri bunu İran hərbisi, yəni SEPAH tərəf etdiyini etiraf edərək, üzr istəyir, ancaq yenə də təhdidləri davam edir.
Azərbaycan da bu təhlükəli terrora qarşı hər bir müstəqil dövlət edəcəyi adekvat addımları atır. Həm diplomatik, həm antiterror, həm də, hərbi önləyici addımlar. İranla sərhədə öz qoşununu artırır, 1-nömrəli yüksək hazırlıq vəziyyəti elan edir. Və bu, ehtiyat hərbi tədbirlərisə, İran irtica tərəfi və təəssüf ki, digər bəzi ölkələr və bizim ölkə içindəki İran rejimipərəstlər niyəsə qınayır.
Onu unudurlar ki, ya özlərini unutqanlığa vurub da göz yumurlar ki, 44 gün Qarabağ müharibə dövrü, xüsusən də, Azərbaycan ordusu erməni işğalçıları əzib bitirdiyi anlar, İranın rejimi bizim Azərbaycanla sərhədə külli miqdar ağır hücum silahlı ordu yeritdi. Hətta, müəyyən an, sərhədi pozub, Azərbaycan ərazisinə keçdiiyi hal oldu.
Və əmin edirəm, Azərbaycan 3-tərəfli atəşkəs sazişinə getməsəydi, Moskvanın bir siqnalı ilə həmin ordunu Azərbaycana yeritmıyə hazır idi. İndi, Azərbaycanın İran tərəfdən gələn terrora qarşı, öz sərhədinə müdafiə qoşunu yeritməsi niyə İran rejimi və “pərəstlərinin” gözünə girir?! O dərəcədə ki, İran ordu komandanlığı daha da Azərbaycanı hədələyir, əlaltıları isə təhdid edir.
Nəticəni deyim. İran Azərbaycan və ərazisinə qarşı istənilən formada hərbi terrorunu təkrar davam etsə, onsuz da, indiki bu, ağır çöküşlü dövrü, özünün sonluğuna qol çəkmiş ola bilər. Azərbaycanla Türkiyə arasında olan qarşılıqlı hərbi müdafiə sazişinə əsasən, Azərbaycanla Türkiyə birgə hərbi gücünü öz üzərinə çəkmiş olar. İran rejimi və tərəfdarlaı peşiman olarlar.
