DünyaGündəmSiyasət

Bu artıq, İrandaxili hərbi çevriliş işartısıdır…

İran rejimi elitasında diqqətçəkən qəribəliklər baş verir. Bu gün, müharibənin səkkizinci günü, İrandakı elitalararası, elə bizim də gözlədiymiz bölünmə üzə çıxdı. Yəni, tarixdə həmişə məğlub tərəfdə olan haldır bu təzahürlər. Nə baş verir?

Ali dini lider öldürüldükdən sonra, İrandakı ali hakimiyyətə malik Müvəqqəti Şuranın sədri prezident Pezeşkian dünən, müharibənin 7-ci günü rəsmi bəyanat verir və qonşulara İran tərəfdən atılan atəşlərə görə üzr istəyir, deyir:

“Region ölkələri ilə heç bir düşmənçiliyimiz yoxdur və qonşularımızdan üzr istəyirəm… İrana hücum olmadan qonşu ölkələrə hərbi müdaxilə daha olmayacaq. Silahlı qüvvələr müstəqil addım atıb, ölkə şərəfini qoruyub”.

Nə deməkdir bu? Yəni İranın silahlı qüvvələri yuxarıdan əmr olmadan müstəqil, özbaşına qonşulara atəş açıblar. Bundan sonra bu hal təkar olunmayacaq. Bunu Pezeşkian ali ölkə rəhbərliyi adından dünən deyib.

Bu gün isə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH-ın) rəsmi açıqlamasında belə deyilir:

“Prezident Pezeshkian qonşu ölkələrə hücum olmayacağını bəyan etməklə çox səhv etdi və bizim qüvvələrimiz bunu açıq şəkildə nümayiş etdirdi. Onun sözləri beş saat əvvəl deyilib və o vaxtdan bəri Dubay və Əbu-Dabi və s. hücuma məruz qalır. Pezeşkianın bu müharibə zamanı verdiyi açıqlamaları iqnor edin!”

Bu, əməlli başlı İran hakimiyyətinin dərin çat vermə və alt-üst olması söküntülü halıdır. Bu, silahlı qüvvələrin hakimiyyətə tabesizliyidir. Görünür ki, əlinə böyük silahlı qüvvələr yığan SEPAH yaxında İran rejiminin inzibati və dini rəhbərliyini kənara qoyub, (bəlkə də həbs, ya edam edib), ölkədə hərbi diktatura qura bilər.

Bu olarsa, gedişat, təxminən Əfqanıstandakı Taliban hakimiyyəti kimi olar. Bu da, ABŞ və İsrailin əlinə böyük şans verən hal olar. Yəni, SEPAH-ın dünyada ciddi terror təşkilatı kimi tanınmasından istifadə edib, “SEPAH İranını” vurmağı şiddətli, böyük koalisiya ilə edərlər.

Nə isə, indi görünür ki, İran hakimiyyətini əldə saxlaya bilən birləşdirici şəxsi-Ə. Xameneini vurub sıradan çıxarmaqla, nə dərəcədə ciddi düşünülmüş, strateji, planlı bir addım atılmış. Belə çıxır ki, indi heç müharibə lazım da deyil, Xameneisiz bu rejim artıq, içindən dağılacaq.

P. S.
Və rejimin qarşıdurmalı parçalanması kinetik enerjisi ilə vurub İranın özünü parçalaya bilər.

P. S.
Doğrusu, yazığım gəlir bu Pezeşkiana, həkim, cərrah, özünü salıb bu, molla həyaslzlar içinə.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Köçəryanın oğlu BU SƏBƏBDƏN saxlanılıb

redaktor

Onun ən böyük arzusu…

redaktor

“Çalovu o üz-bu üzə fırlayanda səhvən evə dəyib” – Video

redaktor