O, mühafizəkar çevrələrin sərt tənqid və qınaqları ilə üzləşib. Hətta parlament üzvlərindən biri (Əmir Hüseyn Sabeti) Pezeşkianı ağılsız adlandırıb. Üç nəfərlik müvəqqəti şuranın üzvü Ejei də prezidenti təkzib etmək məcburiyyətində qalıb.
Beləliklə, real hakimiyyətin ali dini lideri əvəz edən müvəqqəti şuranın yox, SEPAH-ın əlində olduğu təsdiqləndi. SEPAH Pezeşkianın elan etdiyi və deeskalasiyaya yönəlmiş qərarı tanımadı. Bu cür “özbaşınalıqlara” son qoymaq üçün mümkün olan ən qısa müddətdə yeni rəhbəri seçmək qərarlaşdırılıb.
