Maşınlar mağaradan çıxır, raketi atıb yenə mağaraya qayıdırdı. İlk gün İsrail və ərəb ölkələrinə 350 raket ata bildilər. Həmin gün Instagram videolarla doldu.
İkinci gün atış sayı birdən-birə 175-ə düşdü.
Çünki İsrail və ABŞ qırıcıları raketi atıb mağaraya qayıdan qurğuları vurmağa başladı. Raketi çoxdur, 100 minə yaxın, amma o qədər buraxılış qurğusu istehsal edə bilməz axı.
Keçən savaşda 120 qurğusu vurulmuşdu, yerinə 150 istehsal etmişdi. Çin köməyi ilə raketlərin dəqiqliyini də artırmışdılar.
ÇAXAL hesabatına baxdım, tək İsrail bu dəfə 600 qurğunu vurduğunu bildirib. (Dron atanlar da var sayda). Bu üzdən raket atış sayı dünən 40-a düşdü.
Və tez Məsud Pezeşkianı qabağa verdilər. Bu gün canlı yayıma çıxıb qonşulardan üzr istədi, hamını İrana qardaş adlandırdı və bir daha qonşulara raket atmayacaqlarını dedi.
Yalan danışır. Atmağa qurğuları yoxdur. Məhdud sayda qalıb, onu da İsrailə atırlar. Bugünkü atış sayını axşam biləcəyik. Düşünürəm 20-dən çox ata bilməyəcəklər.
İsrail və Amerika təyyarələri və dronları İran üzərində qartal kimi dövrə vurur, aşağıda başı papaqlı birini görən kimi hücum edirlər. Hava hücumundan müdafiə sistemi, atış və rabitə sistemi çöküb. Bölgə SEPAH rəislərinə azadlıq verilib, bildirilib hərə öz başının çarəsinə baxsın, mərkəz yoxdur.
Ilham Aliyevin də özündən razı şəkildə İranı təhqir etməsi burdandır. Mən Pentaqonun, ÇAXAL-ın hesabatlarını axtarıb oxuyuram, ona isə birbaşa sms gəlir. İranın çarəsiz durumunu bilir.
