DinDünyaGündəmHadisə

Xomeyni və Xamanei kimi şəxslərə “ağa” deyən düşüncə sahibindən vətənpərvərlik gözləmək sadəlövhlükdür.

Naxçıvana göndərilən dronlar böyük ajiotaj yaratdı. Mən narahat oldum, amma qətiyyən təəccüblənmədim. Çünki çoxdan bəllidir ki, imkan tapsa, İranın molla rejimi Azərbaycanın başına hər cür oyun açmağa hazırdır. İran molla rejiminin ən çox nifrətlə baxdıgı bayraq, Azərbaycanın şanlı bayragıdır, müstəqilliyimizi həzm edə bilmirlər.

Bir şeyi də görürəm: bəziləri İranpərəstlərə müraciət edib yazırlar ki, “gördüz sizin İran nə etdi?”
Bunu yazmağın heç bir mənası yoxdur. O dron məktəbin yanına yox, məktəbin içinə düşüb uşaqları öldürsəydi də, aeroport ərazisində içi sərnişinlə dolu təyyarəni vurub yüzlərlə insanı qətlə yetirsəydi də, onların İran sevgisi yenə bitməyəcəkdi.
Çünki problem faktlarda deyil, düşüncədədir.

Xomeyni və Xamanei kimi şəxslərə “ağa” deyən düşüncə sahibindən vətənpərvərlik gözləmək sadəlövhlükdür.
Onlar bizə deyirlər ki, “sizin bəsirət gözünüz bağlıdır”. Halbuki özlərinin nə gözü açıqdır, nə də zehni.

Hətta onların mollalarından biri xütbədə belə demişdi:
“İmam Zaman gəlib desə ananı öldür – öldürəcəyəm, oğlunu öldür – öldürəcəyəm, qızını öldür – öldürəcəyəm.”

Belə düşüncə ilə yetişdirilən insanlardan nə mərhəmət, nə də vətən sevgisi gözləmək olar.
Bunlar yaşatmaq və yaratmaq üçün yox, öldürmək və viran qoymaq üçün ayarlanıblar.
Əqidələri mərhəmət və barış üzərində yox, qisasçılıq üzərində qurulub.

 

İbrahim Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyandan Azərbaycana yeni TƏKLİF

redaktor

“Desəm ki, İrəvan Azərbaycanındır, bunu necə qəbul edərsiniz?” – Erməni general

redaktor

“Kremldə durum pisləşib, Putin çaşqın haldadır”

admin