Vallah, mən filoloq babayam və siyasətlə həvəskar səviyyəsində maraqlanıram.
Bununla belə, əgər indiki ağlımla dövlət rəhbəri, hələ ali lider olsam, əvvəla, aksesuarlardan – üzük, saat, boyunbağı, bilərzik, telefon – istifadə etmərəm.
Rəhmətlik atamın üzük taxan kişilərdən xoşu gəlmirdi. Mən buna qarşı loyalam, yəni nə xoşum gəlir, nə də gəlmir. Bununla belə, heç vaxt barmağıma üzük taxmaq ehtiyacı hiss etməmişəm. Elə bilmişəm ki, o əşya məni darıxdırar…
İkincisi, zinət əşyalarından hər hansı birini çox vacib (yəni talisman-filan kimi) hesab etsəm, tez-tez dəyişdirər, yaxud müxtəlıif ekspertizalarda yoxladaram.
Tutaq ki, bunun yanına bir-iki casus yerləşdiriblər, amma bütün ətraf casus ola bilməz ki. Yəni onlar bu rəhbərin üst-başına, üzüyünə, saatına, yemək-içməyinə nəzarət etməyiblər? Məgər rəhbərə deməyiblər ki, ağayi, icazə ver sənin bu üzüyünü bir yoxlatdıeaq? O səviyyəli adam, rəhbər gərək heç kəsə etibar etməsin. Onun ətrafınkalar həm də bir-birinə nəzarət etməlidir.
Açığı, bu molla hakimiyyətinin bütün hərəkət və davranışları, bəyanatları, çıxışları elə mollasayağıdır. Elə bil dövlət yox, yas mərasimi idarə edirlər…
Ya da çox riyakardırlar. Onların bircə sözünə də inanmaq olmaz. Mən hələ Xamneyinin ölümünün həqiqiliyinə inanmıram. Bunun üçün yetərli inandırıvı dəlillər görmürəm…
