12 C
Bakı
06 Mart 2026 16:58
DünyaSiyasət

ABŞ prezidenti Donald Tramp İranın yeni Ali Liderinin seçilməsində şəxsən iştirak etmək istədiyini bildirib.

“İran hakimiyyəti vaxtlarını boşa sərf edir. Xameneinin oğlu heç kim deyil. Venesuelada Delsi [Rodrigez] kimi bu təyinatda özüm iştirak etməliyəm”, – deyə Tramp bildirib.

Tramp, əlavə edib ki, sui-qəsd nəticəsində öldürülən Əli Xameneinin siyasətini davam etdirəcək yeni İran liderini qəbul etməyəcək, çünki onun sözlərinə görə, bu, ABŞ-ı beş ildən sonra müharibəyə qayıtmağa məcbur edəcək.

Bu arada, “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İsrailin yeni liderin də hədəf ola biləcəyi ehtimalı üzrə İran öldürülən Ali Liderin varisi təyinatını təxirə salıb.

P. S.
Bax belə, Tramp az qala desin ki, ali dini lider özüm olacam. İran rejimi özünü bu günə saldı.

P. S.
Əslində isə, Allah, əməllərinə görə onları saldı bu günə. Çox harınladılar, xalqı və camaatı çox “minib səyirtdilər. Məndə bir təhqiqat var, Gün. Az. TV xahişi və təşkili ilə aparmışam. İran ali məclisinin deputatı, Xameneinin də yaxını, öz İraq müharibəsi silahdaşı olmuş, sonra vəfat etmiş Güney azərbaycanlı şəxsin qızı Zəhranı kömək adı ilə iş otağına salıb, zorla təcavüz etmişdi. Qız şikayətlər etdi, nə qədər şirniklər, təhdid hədələr oldu, mərd çıxdı, şikayətindən dönmədi və artıq şikayətlərinə baxılmadığını görüb, xarici təşkilatlara, elə Günaz TV-yə də yönəldəndə, qızı yatağında boğub öldürdülər. Bu barədə TV çıxışlarım olub. Və bütün faktlar qalır, rejimdən sonra, mütləq qaldıracam bu işi. Ölkədaxili cinayətləri lap çoxdur bu mollaların.

İkinci şəkildə Zəhra və ona təcavüz etmiş İran parlamentinin deputatı Salman Xudadadi.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

“Beyninə çip yerləşdirilən şəxs düşüncələri ilə kompüter siçanını idarə edə bilir”

redaktor

Quzu da səs verməyə gəldi – VİDEO

redaktor

İranda nazir qəzaya düşdü

admin