10 C
Bakı
05 Mart 2026 14:10
DünyaHadisə

Müdafiə Nazirliyi: “Bu hücum cavabsız qalmayacaq”

Müdafiə Nazirliyi İran dronunun Azərbaycan ərazisini vurması haqda açıqlama yayıb:

“Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.

Azərbaycan Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana nota verib. İran səfiri XİN-ə çağırılıb.

XİN İranın hücumuna belə reaksiya verib:

“1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.

Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə bu ölkəni Hindistandan “aldı”: baza qurulur

admin

Bu şəxslər həbs edildi – DTX məlumat yaydı – SON DƏQİQƏ

redaktor

Çin və Hindistan Rusiyada neft axtaracaq

admin