28 C
Bakı
14 Avqust 2026 11:34
DünyaHadisəSiyasət

İran rejiminin PUA-larla Naxçıvan hava limanına hücumunun iki hədəfi var.

– Müharibəni regional müstəviyə yayırlar.

Region ölkələrində mülki obyektlərə – hava limanları, enerji infrastrukturu və otellərə hücum edən İran rejimi müharibə arealını genişləndirməklə ABŞ və İsrailin hücumlarına qarşı müxalif mövqeyi gücləndirəcəyini hesab edir. Əsasən Körfəz ölkələrini hədəfə alan İranın dünən Türkiyəyə, bu gün isə Azərbaycana hücum etməsi müharibəni Yaxın Şərqdən sonra bizim regionumuza da köçürmək planının tərkib hissəsidir.

– Naxçıvan hava limanına – strateji nöqtəyə hücum Azərbaycana qarşı birbaşa təhdid xarakteri daşıyır.

Bu hücumun indi – Prezident İlham Əliyevin İran səfirliyini ziyarət etməsi və dini liderin ölümünə görə başsağlığı verməsindən bir gün sonra baş verməsi molla rejiminin mahiyyətini ortaya qoyur. Və bir daha əminlik yaranır ki, molla rejimi təkcə İran xalqı üçün yox, həım də bgütün region üçün təhlükə mənbəyidir.

 

Asif Nərimanlı

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev Moskvaya Qara dənizdə atəşkəs təklif etdi

redaktor

Hörmüz boğazıyla bağlı gərginlik azalmır

redaktor

“Məkkə sazişi” və Azərbaycan – Bakı yeni bloka qoşulmalıdırmı?

redaktor