Hazırda seçki kampaniyasının ən qızğın dövrüdür və ciddi mübarizə gedir. İşğalçı Putlein Avropadakı sağ əli sayılan Orbánın Fidesz partiyası ilə müxalifətin parlayan ulduzu Péter Magyarın rəhbərlik etdiyi Tisza partiyası arasında gərgin rəqabət var.
Əsas müstəqil sorğulara görə (məsələn, Median, Závecz Research, Publicus və Idea), Péter Magyarın Tisza partiyası Orbándan ən azı 10-20% öndədir. Məsələn, fevral sonu Median sorğusunda qərarlı seçicilər arasında Tisza 55%, Fidesz isə 35% göstərir – bu, 20% fərq deməkdir. Digər müstəqil sorğularda da Tisza 8-20% arası üstünlükdədir. Hökumətə yaxın sorğular (Nézőpont, McLaughlin) isə Fidesz-in öndə olduğunu iddia etsə də, ümumi tendensiya Tisza-nın momentum qazandığını göstərir.
Kremlin və Trampın açıq dəstəyini alan, son günlərdə bəzi sosial paketlər elan edən Orbánın vəziyyəti ürəkaçan deyil. Müxalifət Avropa tərəfdarları və gənclər arasında ciddi dəstək qazanır.
Müxalifətin əsas hədəfi parlamentdə 2/3 (supermajority) üstünlük qazanmaqdır ki, bu yolla Orbán dövründə qurulan konstitusiya sistemini dəyişə bilsinlər və ölkəni Avropa istiqamətinə qaytarsınlar.
O gün tezliklə gəlsin ki, ölkəmizdə də irtica rədd olunsun və biz də belə ciddi, maraqlı seçki kampaniyasının iştirakçısı olaq!

