“Otuz ildən çox davam edən Qarabağ müharibəsində bu ölkəni yanımızda yox, önümüzdə, düşməni himayə edən görmüşük.
Üzərimizə gələn tanklar, digər hərbi texnika İranın ucuz yanacağı ilə hərəkət edib.
44 günıük müharibə dövründə Rusiyadan gələn hərbi yardımların çoxu İran üzərindən Ermənistana ötürülürdü.
Cəbrayılda ordumuzun qarşısını kəsib qələbə yürüşümüzü ləngitdilər, 30 il separatçı rejimlə əməkdaşlıq etsələr də qoşunlarımızın sərhəd boyu hərəkətindən narahat oldular, hədə-qorxu bəyanatları verdilər”.
