Yeni rəhbəri məhz bu orqan yığışıb seçməlidir. Bəzi iddialara görə, zərbə toplantı zamanı endirilib. Lakin hələlik bu iddianın rəsmi təsdiqi yoxdur.
İsrail təyyarələri prezidentin və Ali Milli Təhlükəsizlik Şurasının ofislərini də bombalayıb.
İlk növbədə onu qeyd etmək lazımdır ki, seçilmiş (pis-yaxşı) dövlət başçısının hədəf alınması dövlət terrorizmidir. İsrailin məqsədi İranda hakimiyyət vertikalını, mərkəzdən aşağılara doğru idarəetmə sistemini dağıtmaq, İranı tam başsızlaşdırmaq və xaos yaratmaqdır.
Bu gün Məsud Pezeşkianın X səhifəsindəki paylaşımda yerli hakimiyyətlərə əlavə səlahiyyətlərin verildiyi barədə açıqlama idarəetmədə problemlərin yarandığını təsdiqləyir. Yerli rəhbərliklərə öz səlahiyyətlərindən kənar təşəbbüskarlıq hüququ tanınıb. (Yəni yuxarıdan əmr və icazə gözləmədən hərəkətə keçmək).
Pezeşkianın hədəf alınması göstərir ki, ABŞ və İsrailin keçid dövrü üçün onunla əməkdaşlıq etmək istədiyi barədə fikirlər doğru deyil. (Bəlkə ABŞ istəyir, amma İsrailin istəmədiyi ortadadır).
İranın bölgə ölkələrinə raket, dron zərbələri bazarlarda emosional təlatüm yaratmaq xaricində real olaraq vəziyyəti ciddi dəyişmir. Məqsəd, daha əvvəl yazdığım kimi, masaya mümkün qədər güclü oturmaq və təbliğati effektə nail olmaqdır.
