Bu gün (2 mart) yəhudi təqviminə görə adarın 13-dür. 14 adar onlarda Purim bayramıdır.
Purim bayramı nə ilə əlaqədar keçirilir? Bayramın yaranması haqda Əhdi-Ətiqə daxil olan “Esterin (Esfirin) kitabı”nda yazılıb. Hadisə eramızdan əvvəl V əsrə aiddir.
Əhəmənilər sülaləsindən İran şahı I Ərdəşirin 1-ci arvadı amalekli Astini idi. Şahın vəzirlərindən biri də amalekli Haman idi. Şah Astinini sarayından uzaqlaşdırdıqdan sonra (səbəbi göstərilməyib) özünə yeni arvad kimi yəhudi Esteri seçir. Ester sarayda eşikağası işləyən Mordexayın əmisi qızı və yetirməsi idi.
I Ərdəşir Əhəmənilər sülaləsinin ən güclü şahı olub. Onun dövründə Hindistandan Makedoniya və Frakiyaya, Midiyadan Efiopiyaya qədər ərazilər imperiyanın tabeliyində idi.
Nədənsə Hamanla Mordexayın arası dəyir. Guya Haman Mordexayın ona baş əyməməsindən, təkəbbüründən (yəqin ki, əmisi qızına görə) narazı olur və buna görə onu və millətini cəzalandırmaq istəyir. Şahı inandıra bilir ki, yəhudilər ona qarşı sui-qəsd (üsyan) hazırlayırlar. Şah kiçikdən böyüyə bütün yəhudilərin öldürülməsi haqda fərman verir.
Mordexay bu fərmandan xəbər tutur və Esterdən xahiş edir ki, Hamanın dediklərinin yalan olduğunu şaha izah etsin. Esfirin Ərdəşirə nə dediyi məlum deyil, amma onu inandıra bilir. Şahın fərmanı ləğv edilə bilməzdi. Buna görə də şah yəhudilərə müdafiə olunmalarına və onları öldürmək istəyənləri öldürmələrinə icazə verir.
Yəhudi qırğını 12 adarda olmalı idi. Həmin gün yəhudilər amaleklilərə hücum edir və uşaq-böyük bilmədən 73 min adam öldürürlər (say kitabda yazılıb). Hamanın Mordexay üçün qurduğu dar ağacından Hamanın özünü asır, 10 oğlunu da öldürürlər.
Bu hadisə yəhudilərin xilas günü, düşmənlərinin Allahın köməyi ilə məhv edildüyü gün hesab edilir.
13 adarda qələbə münasibətilə yəhudilər 1 günlük Ester orucu tutur, 14 adarda isə ilin ən şadyana Purim bayramını keçirirlər.
Niyə Purim? “Pur” (akkadca “puru”) sözü püşk deməkdir. Bu sözün ivritcə cəmi “purim”dir. Əfasnəyə görə, yəhudilərin qırğın gününü Haman püşk atmaqla müəyyən etmişdi.
Purim bayramında sinaqoqlarda “Esterin kitabı” oxunur, Hamanın adı çəkiləndə səs-küy salınır, karnavallar keçirilir, dostlara yeməklər göndərilir və ehtiyacı olanlara ianələr, uşaqlara hədiyyələr verilir.
Bayramın atributu hamentaşen (Hamanın qulaqları) şirniyyatıdır (şəkildə). O üçbucaq şəklində hazırlanır və Hamanın qulaqlarını simvolizə edir. Əfsanəyə görə, asılmazdan əvvəl onun qulaqları kəsilibmiş. Başqa izaha görə, bu şirniyyat Allahın yəhudilərin dualarını eşitməsini simvolizə edir.
Gələk sözümün Mustafasına.
Sionistlər simvolizm sahəsində xəstə təxəyyülə malikdirlər. Məncə, İrana qarşı indiki müharibənin başlanma tarixi də simvolikdir. Sionistlər 28 fevralda müharibəni başlayıb, 2 günə, yəni 1 martada (12 adarda) bitirməli, 2 martda (13 adarda) oruc tutmalı və 3 martda (14 adarda) Purim bayramını – “XXI əsrin yəhudi xilası” bayramını qeyd etməli idilər.
Bu mənada Hameneinin və ailə üzvlərinin öldürülməsi də simvolikdir. Onun soyadı Hamanla səsləşir və Haman amaleklilərin rəhbəri (ən yüksək vəzifəlisi) olduğu kimi Hamenei də İran şiələrinin rəhbəri idi.
Nəzərdə tutulan möhtəşəm qələbənin müsəlmanların müqəddəs ayı Ramazanda baş verməsi də simvolikdir. Yəhudilər üçün adam öldürməyin qadağan olduğu şənbə günü də simvolikdir – onlara görə müsəlmanlar adam deyil axı.
Faktiki olaraq Netanyahu Əhdi-Ətiqə “Benyaminin kitabı”nı əlavə etmək, adını yəhudi tarixinə və teologiyasına əbədi yazmaq istəyir.
Amma necə deyərlər, sən saydığını say, gör, Fələk nə sayır.
Məlumat üçün:
2 avqust 1990-cı ildə başlayan Körfəz müharibəsi (1-ci İraq müharibəsi – “Səhrada fırtına” əməliyyatı) rəsmi olaraq 28 fevral 1991-ci ildə ABŞ və müttəfiqlərinin qələbəsi ilə başa çatdı. 1991-ci ildə Purim bayramı (14 adar) 28 fevral tarixinə düşürdü.
