DünyaGündəmHadisə

İsrail rəsmisindən “Ərafi öldürüldü” iddiası: Tehran susur

Dünən İsrailin baş nazirinin keçmiş sözçüsü David Keyes “X” hesabındakı paylaşım ilə diqqət çəkib.

“Ali Rəhbər vəzifəsinə başladıqdan cəmi 8 saat sonra dron hücumu nəticəsində öldürülən Ayətullah Ərafi, “Guinness Rekordlar Kitabının” “Ən qısa müddətli hakimiyyət” mükafatını qazandı. Təbriklər! (“Mazal tov!” ivrit mənşəli ifadədir)”? – deyə, Keyes paylaşımında yazıb.

Ancaq hazırda İran mediası və rəsmi qurumlar Ayətullah Ərafinin öldürülməsi ilə bağlı hər hansı açıqlama yaymayıb. Məsələ ilə bağlı rəsmi təsdiq və ya təkzib verilməyib.

Xatırladaq ki, Ərafi dünən İran İslam Respublikasının müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilmişdi.

Ədalət Verdiyev

Tacxeber.com

Oxşar xəbərlər

İstanbulun Sütlüce rayonundakı Miniatürk parkında qədim Artemida məbədinin maketi

admin

Rusiya və İranın koordinasiyalı təzyiqləri: Zəngəzur dəhlizi uğrunda yeni geosiyasi qarşıdurma

redaktor

Zelenski İranla bağlı cəsarətli bir açıqlama verdi

redaktor