İrandakı vəziyyət aşağıdakı ssenarilər üzrə hərəkət edə bilər:
1. Xalq ayağa qalxır, hakimiyyəti devirir və ona xidmət edən normal bir sistem qurur. İranda nə qədər teokratik diktatura olsa da, aşağı səviyyədə işlək vəziyyətdə olan yarı-demokratik sistem mövcud idi, bu sistemin təsiri az olsa da. Yəni, orada seçkilər tam şəffaf olmasa da, sistematik məhdudiyyətlər olsa da, bizim kimi rüsvayçılıqlar da olmurdu.
Amma bu ssenarinin baş vermə ehtimalı daha azdı. Çünki siyasi hakimiyyətə qarşı alternativ ideologiya ilə təşkilatlanmış xalq yoxdur. Sadəcə rejimə nifrət edən çoxluq var.
2. Xameneyinin yerinə daha sərt biri keçir. İsrail və ABŞın atdığı raketlətdən ölən dinc sakinlər üzərindən ciddi manipulyasiyalar baş verir və xalq xarici düşmənə qarşı birləşir. Bu zaman region dərin müharibə bataqlığına çevrilə bilər. Prosesə gizli şəkildə Çin dəstək verməklə qoşulacaq və proses çox dəhşətli nəticələrə gətirib çıxaracaq.
3. Xameneyinin yerinə daha proqramtik biri keçir. ABŞ və İsraillə danışığa gedir. Xalq qurban verilir və müəyyən güzəştlər qarşılığında ölkədəki dini rejim daxildə daha da güclənir.
İndi top İran xalqındadır.
Bu arada, qeyd edim ki, İrana qarşı hücum beynəlxalq hüquqa ziddir. ABŞ-ın 2ci dünya müharibəsindən sonra qurduğu və hifs etdiyi beynəlxalq sistemi lənətləyirdiz. Tramp da bu sistemi dağıtdı. Nəticələrini artıq görürsüz.
