HadisəTarix

Bilənlər bilir, Türkiyədə 1990-cı illərdə baş verən bir çox siyasi sui-qəsddə İranın əli var.

Bilənlər bilir, Türkiyədə 1990-cı illərdə baş verən bir çox siyasi sui-qəsddə İranın əli var.

Uğur Mumcu, Bahriye Üçok, Turan Dursun, Ahmet Taner Kışlalı, Muammer Aksoy və digər solçu-kamalist aydınların İran xüsusi xidmətlərinin sifarişini yerinə yetirən “Selam Tevhid” və “Qüds ordusu” terror qrupları tərəfindən öldürülməsi istintaq materialları ilə təsdiqlənib. (Motiv – bu şəxslərin guya islami dəyərləri təhqir etməsi. Yeri gəlmişkən, bizim ateist yazar Rafiq Tağının qətlində də İranın əli olduğuna dair çox ciddi şübhələr var).

Xüsusilə “Cumhuriyet” qəzetinin yazarı Uğur Mumcunun avtomobilinə bomba yerləşdirilərək öldürülməsi Türkiyədə hələ də əks-sədası davam edən ən səs-küylü cinayət hadisələrindən biridir. Bu işin üstü hadisədən 7 il sonra, 2000-ci ildə İstanbulda “Hizbullah” terror təşkilatına qarşı keçirilən və onun lideri Hüseyn Vəlioğlunun polislə atışmada öldürülməsindən sonra konspirativ mənzilindən aşkarlanan CD və disketlərin araşdırılması nəticəsində qismən açılıb. Bu materiallar vasitəsilə polis yuxarıda adı çəkilən terror təşkilatlarının izinə düşüb. Keçirilən əməliyyatlar nəticəsində sui-qəsdlərin 10 icraçısı yaxalanıb. Onlar İranda hərbi və dini təlim keçdiklərini etiraf ediblər. Yalnız 1 nəfər – Mumcunun avtomobilinə bombanı yerləşdirmiş Oğuz Dəmir adlı şəxs hələ də tapılmayıb. (Qeyd etmək lazımdır ki, Türkiyə dövləti sifarişçilərin üzərinə getməkdə maraqlı olmayıb).

Hazırda uydurma ittihamla (casusluq) həbsdə olan tanınmış müxalif jurnalist-yazar, avrasiyaçı Mərdan Yanardağ danışırdı ki, sonralar İran hakimiyyətinə yaxın şəxslərlə səmimi söhbətlərdə onlardan soruşduq ki, siz vaxtilə Türkiyədə niyə belə işlər görürdünüz? Deyir, cinayətləri etiraf etməsələr də, təəssüflə vurğuladılar ki, “biz kamalistləri yaxşı tanımamışıq, sonradan dərk etdik ki, onlar da ən azı bizim qədər Amerika və İsrail əleyhdarı imiş…”

İndi türk solçularının (eləcə də bizim bəzi solçu gənclərin) İran rejimini müdafiə etməsini görəndə insan bilmir nə desin. Yaxşı, tutaq ki, bizimkilər bilmir, bəs, Türkiyədəkilərə nə olub? İnqilabdan sonra rejim solçulara divan tutub. Solçuların həssas olduğu qadın haqları və digər məsələlərdə bu rejimin mövqeyi məlumdur. Solçuluq və teokratik diktatura heç bir halda bir araya gəlməsi mümkün olmayan anlayışlardır.

Antiimperializm yaxşıdır, amma bu, İran və Rusiyadakı qaniçən rejimləri dəstəkləməyə əsas yaratmamalıdır. İran rejiminə qahmar çıxanların, Putini dəstəkləyənlərin bunlarla müqayisədə xeyli yumşaq rejim olan Ərdoğan hakimiyyətindən şikayət etməyə haqqı yoxdur.

P. S. Hazırda “Hizbullah” terror təşkilatının siyasi qolu “Hüdapar”ın AKP və MHP ilə birlikdə iqtidar koalisiyasında təmsil olunması faktı Türkiyənin nə qədər mürəkkəb, anlaşılması asan olmayan, qarmaqarışıq sosial struktura malik, fransızlar demiş, komplike bir ölkə və toplum olduğunu göstərir.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Şöbə müdiri rüşvəti belə alıbmış… – Danışıqlar

redaktor

Rusiyayanın yük təyyarəsi vuruldu.

admin

İnsanların dəfn mərasimində etdikləri böyük səhv.

admin