DünyaSiyasət

“Artıq yetər! Oyun bitdi!

Təcrübəli dövlət adamı Mir Hüseyn Musəvi 8-9 yanvar qırğınlarından sonra yaydığı yazılı müraciətində bundan sonra olacaqları çox dəqiq söyləmiş və rejimə xəbərdarlıq etmişdi:

“Artıq yetər! Oyun bitdi!

Xalq yalanlarınıza inanmadığını və bu rejimi istəmədiyini başqa hansı dildə desin? Zülmləriniz yaxanıza yapışdı və əkdiyiniz zəqqum ağacları meyvə verdi. Öz millətinizə qarşı savaş qiyafələrini geydikdə əslində öz kökünüzü qazırdınız. Xalqın yaxşılığını istəyənləri əzəndə və insan haqlarının müdafiəsinə yönəlmiş ən kiçik haqq sözünə belə icazə verməyəndə xarici müdaxilə üçün qırmızı xalı sərirdiniz. Məsləhətləri duymamaq üçün qulaqlarınızı tıxayanda cəhalətinizlə ən dəyərli fürsətləri əldən verirdiniz.

Sizin də vaxtınız çatdı…

Sizdən geriyə qan və zorakılıq dolu bir hekayədən başqa bir şey qalmayacaq.

Artıq yetər! Nə sizin böhranlardan çıxış üçün bir çözümünüz var, nə də millətin nəticə alana qədər sizə etiraz etməkdən başqa bir çarəsi. 8-9 yanvar faciələrini təkrar edə bilməyəcəksiniz. Bu, ordu və təhlükəsizlik qüvvələrinin gec-tez (yəqin ki, tez) daşımaqdan vaz keçəcəyi bir yükdür. Silahınızı yerə qoyun və hakimiyyətdən çəkilin ki, millət bu ölkəni azadlığa bilavasitə özü çatdırsın…”

Musəvi xarici müdaxilə olmadan, daxildə istibdadın rəddi və dinc demokratik keçid təməlində Konstitusiya layihəsi hazırlanaraq referenduma çıxarılmasını təklif etmişdi. Təbii ki, onu dinləmədilər. Nəticə ortadadır…

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Medvedev Trampa cavab verib

redaktor

Tusk: Ukrayna müharibəsi tezliklə dondurula bilər

redaktor

Zelenski, Zalujnı və Budanov: Ukraynalılar ən çox kimə etibar edirlər?

redaktor