4 C
Bakı
28 Fevral 2026 22:44
DünyaSiyasət

Müharibəbin ilk günü, ümumiləşdirək və ilkin təəssüratlarla bölüşək

Zərbələr çox effektivdir, amma nəticəni bu gün gözləməyin.

Bu, mürəkkəb, kompleksli və mərhələli əməliyyatdır. Əməliyyat gecə yox, səhər başlayıb. İlk hədəf siyasi və hərbi elita idi.

Daha sonra hava hücumundan müdafiə sistemlərinə zərbələr endirilir ki, ABŞ və İsrail təyyarələri bütün lazımi hədəflərlə məşğul ola bilsin. Rusiya-İran hava hücumundan müdafiə sistemi yenə də tam yararsız olduğunu göstərdi.

Təxmini 3 saat qabaq ABŞ və İsrail raket arsenalına hücumlara başlayıb.

Qarşıda İranın nüvə arsenalına, donanmasına, hərbi və SEPAH bazalarına və s. qarşı hücumlar var.

Əməliyyat mürəkkəb və uzundur, bütün icəliklərə qədər planlaşdırılıb, hər şey mərhələli şəkildə gedir və hər addımın/zərbənin öz hədəfi var.

Bununla əlaqədar Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt və Omanla bağlı suallarınıza da cavab verim. Onlar hücum etməməlidirlər, planın içində deyillər və onlardan bu tələb olunmur. Heç kim “ay, alçaqlar Burc Xəlifəyə zərbə endirdi” deyə spontan və emosional qərar qəbul etmir.

Bu ölkələrin vəzifəsi raket və dronları vurmaq və logistika ilə kömək etməkdir.

İrana gəlincə

Bəli, onlar hələlik cavab verir və bu da planlaşdırılmış və hesablanmış idi. Amma hərbi infrastrukturlarının məhv edilməsi ilə onların cavabı zəifləyəcək və sonda tamamilə dayanacaq.

Dünyadakı reaksiyalar

Çoxları Trampı sevmir.

Amma, məsələn, Kanadanın baş naziri Karni Trampı sevməsə də, bunu kənara qoyub ABŞ-ın zərbələrini açıq və qəti şəkildə dəstəklədi.

Mayk Pens, Bolton da Trampı sevmir, amma onu dəstəklədilər.

Məsələn, Makronun, Mertsin və Starmerin bəyanatı yumşaq görünür.

Demokratlara gəlincə

Nyusomun bəyanatı “ikibaşlı idi”. Mən təəccüblənmirəm, bilirəm ki, bu siyasətdir, bu normaldır. Nyusom açıq dəstək verə bilməz.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvilidən Paşinyana: Qaç!

admin

Tramp Ukraynadan elə bir şey tələb edəcək ki… – KRİTİK AÇIQLAMA

admin

İsrail hərbçiləri döyüşdən imtina etdi – Sensasion şərt

admin