Macarıstanın Baş naziri Viktor Orban Ukrayna lideri Vladimir Zelenskini Drujba boru kəmərinin vəziyyəti ilə bağlı məlumatları gizlətməkdə ittiham edib.
Siyasətçi bu barədə X sosial şəbəkəsində yazıb.
“Açıq deyim: Zelenski yalan danışır. Bilirik ki, neftin Drujba boru kəməri ilə Macarıstana axıdılmasının heç bir texniki səbəbi yoxdur. Onlar yoxlamalardan imtina edir və həqiqəti gizlədirlər”, – deyə Orban qəzəblə bildirib.
Slovakiyanın Baş naziri Robert Fiko daha əvvəl bildirmişdi ki, Vladimir Zelenski təklif olunan alternativ marşrutun guya zədələnmiş hissəni əhatə etdiyi üçün neftin boru kəməri ilə nəql edilməsinin mümkünsüzlüyü barədə yalan danışır.
