4 C
Bakı
28 Fevral 2026 21:51
CəmiyyətQalmaqal

Emil Səlimi harada və niyə gizlədirlər?

Xəbər verdiyimiz kimi, fevralın 13-də AXCP Gənclər Komitəsinin sədri Emil Səlim avtomobili ilə evdən çıxarkən yolda saxlanılıb və həbs edilib. Ona heç bir tutarlı əsas olmadan İXM-nin yeni 388-1.1.1. ci maddəsi ilə 20 sutka həbs cəzası verilib. Maraqlı burasıdır ki, inzibati həbs cəzası əsasında Binəqədi təcridxanasında saxlanılmalı olan Emil Səlimlə bağlı artıq ikinci dəfədir müəmmalı hal baş verir. Fevralın 21-də atası görüşə gedən zaman oğlunun təcridxanada olmadığını bildirmişdilər və o, saatlarla oturub övladından xəbər gözləmişdi.

Ailəsinin xəbərinə görə, o gündən bəri Emildən heç bir xəbər yoxdur və bu gün də eyni hal onun vəkili ilə baş verib. Təcridxanaya görüşə gedən vəkilə Emil bəyin orada olmadığı bildirilib, vəkilin təkidini görəndə onun təcridxanada olduğu, hazırda görüşə gəlmək istəmədiyi deyilib. Gənc cəbhəçinin ailəsi baş verən müəmmalı məsələdən ciddi narahatlıq keçirdiyini və 102 xidmətinə zəng etdiyini deyib. Məsələ, gerçəkdən də, müəmmalıdır. Emil Səlim haradadır və ailəsindən niyə gizlədilir? Narahatlıq doğuran məsələ Emil bəyə qarşı ola biləcək hər hansı işgəncə və ya təzyiqlə bağlıdır. Çünki təşkilatın təcrübəsində belə hal ilk dəfə deyil. İndiyə kimi hakimiyyət partiya fəallarını təşkilatın sıralarından qoparmaq üçün dəfələrlə müxtəlif təzyiq vasitələrindən istifadə edib və Emil bəyin də belə təzyiq altında olması ilə bağlı ciddi narahatlıq var. (Abzas Media)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

25 min manat qazanan Namiq həkim: “Ancaq xanımım bilirdi…”

redaktor

Səfər Mehdiyev Kəmaləddin Heydərovu “sildi”

redaktor

Vüqar Səfərliyə qaytarılan əmlaklar yenə əlindən çıxa bilər

redaktor