İsrail Müdafiə Ordusu (SAXAL) İranın ehtimal olunan hücumun qarşısını almaq üçün qabaqlayıcı hücum əməliyyatı keçirir. SAXAL-ın məlumatına görə, İran kəşfiyyat xidmətinin mərkəzi qərargahı da daxil olmaqla, hökumət binalarına və hakimiyyətin əsas simvollarına, Ayətullah Əli Xamenei Mərkəzi və prezident binasına zərbələr endirilib.
Associated Press-in məlumatına görə, hədəflər arasında Mehrabad Beynəlxalq Hava Limanı da var. Aeroport təkcə mülki uçuşlar üçün deyil, həm də İran Hərbi Hava Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu üçün hərbi baza və logistika mərkəzi kimi istifadə olunur. Zərbə rejimin kritik anlarda cavab vermə imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Zərbələrlə yanaşı, ölkə daxilində rabitə kəsintiləri müşahidə olunur. Yerli media orqanları partlayışların episentrlərinə yaxın olan şərqi və qərbi Tehranın bir neçə ərazisində mobil telefon xidmətinin tamamilə dayandırıldığını bildirir.
Reuters rəsmi mənbələrə istinad edərək Ayətullah Əli Xameneinin təxliyyə edildiyi haqqında məlumat yayıb.
New York Times ABŞ-ın İrana qarşı əməliyyatlara başaladı haqqında məlumat yayıb.
Əfqanistanla Pakistan arasında müharibənin şiddətlənməsi, İrana qarşı İsrail-ABŞ birgə əməliyyatının başlaması, bəlucların Pakistanda hücumlara start verməsi, terror təşkilatı İŞİD Xorasan Vilayətinin qüvvələrini hərəkətə gətirməsi bölgənin böyük bir müharibə meydanına çevrilmə ehtimalın kəskin artırıb.
