5 C
Bakı
27 Fevral 2026 21:15
CəmiyyətQalmaqal

Vəhdət Partiyasının sədri Adəm Bakuvi qalmaqalın mərkəzində – vətəndaşlar binaya axışdı: dələduzluq iddiası

Paytaxtda ötən həftə qalmaqallı etiraz hadisəsi baş verib.

Mənbələrin məlumatına görə, bir qrup vətəndaş Vəhdət Partiyasının yeni sədri Adəm Bakuvi ilə görüş tələb edərək keçmiş Lider TV-nin yerləşdiyi binanın qarşısına toplaşıb. Qısa müddətdə əraziyə xeyli sayda sakin gəlib və aksiya kütləviləşib.

İddialara əsasən, etirazçılar Adəm Bakuviyə məxsus olduğu bildirilən tikinti şirkətinin onları aldadaraq mənzil üçün ödənilən vəsaiti mənimsədiyini, evlərin vaxtında təhvil verilmədiyini bildiriblər. Onlar partiya sədrinin məsələyə münasibət bildirməsini və birbaşa görüş təşkil olunmasını tələb ediblər.

Lakin mühafizə xidməti etirazçıların binaya daxil olmasına icazə verməyib. Bu isə tərəflər arasında gərginliyə səbəb olub. Qarşıdurma həddinə çatan insident qeydə alınıb və vətəndaşlar uzun müddət binanın qarşısından ayrılmayaraq məsul şəxslərin çıxıb izahat verməsini istəyiblər.

Şikayətçilər iddia edirlər ki, tikinti layihəsi adı ilə toplanan vəsait geri qaytarılmayıb və proses sistemli xarakter daşıyır.

Hazırda qalmaqal səngimir. Vətəndaşlar hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına kollektiv müraciət hazırladıqlarını bildirirlər. Şikayətlərin əsasən dələduzluq iddiaları üzrə araşdırılması tələb olunur.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Sədərək”də döyülərək 30 min manat pulu oğurlanan sahibkar kimdir?

redaktor

AMEA-da qəribə olay: baş direktor ola-ola vəzifəsi vakansiyaya çıxarıldı.

admin

Tehranda müdafiə sistemləri dayanmır: Partlayış səsləri eşidilir

redaktor