Bu saat dünyada, siyasi, analitik dairələrdə bu sual çox və mübahisəli dövr edir: Tramp İrana hücum əmri verəcəkmi?
Bunun üçün, Trampın iki gün bundan öncə ABŞ Konqressinə (parlament) illik müraciətində İran rejiminin haqda söylədiyi kəskin fikirlərə baxaq.
ABŞ parlamentinin hər iki palatası qarşısında hesabat və qarşıdakı addımlara dəstək istəmə və bunu da almaq xarakterli müraciətdə nə var?
1. İllərdir ABŞ İrandan cavab istəyir ki, nüvə silahı əldə etmə cəhdindən əl çəksin, etmir!
2. İranpn rejimi hakimiyyətə gələn gündən, 47 ildir ki, qürurlu sivil İran xalqının üzərində rejim qurandan bəri, özü və əlaltı HƏMAS, Hezbulla proksiləri ilə birlikdə yalnız terror, ölüm, nifrət yayır.
3. Bu dövrdə on minlərlə ABŞ əsgərini, yüz minlərlə digər insanları da terrorla öldürüb. O cümlədən, yaxında 32 min də iranlı etirazçını.
4. İran hakimiyyət rejimindəki mollalar çox pis və çox ziyankar və təhlükəli insanlardır.
5. İran rejimi xaricdəki hərbi bazalarımızı təhdid edəcək ballistik raketlər hazırlayır. Və həm də, ABŞ-bura biləcək uzaqvuran raketlər .
Göründüyü kimi, Tramp İran xalqına qarşı yaxşı, rejiminə qarşı isə çox sərt, nifrətli mövqedədir, hətta özünə düşmən kimi təhlükə gözləyir. Və yaramaz və söhbətəgəlməz görür hımin rejimi.
Yəni İran rejiminin ləğvinə hədəfli dərəcədə. Və Trampın İrana qarşı bu çox kəskin çıxışını ABŞ Parlamentinin bütün üzvləri razılıqla alqışladı.
Nə nəticə çıxır? ABŞ, Tramp İran teokratik rejimi yıxıb kənarlaşdırnasa, əl çəkən deyil. Və bunun üçün sürətlə, möhkəm hazırlaşır. Əməliyyat isə, yəqin çox da keçmədən, yaxın zamanların işidir.
