24.4 C
Bakı
06 İyun 2026 19:57
Sağlamlıq

Sahurda çay içmək ziyandır – SƏBƏBİ

Çay içmək susuzluğu yatırmır…

Mübarək Ramazan ayında ən çox istehlak edilən içkilərdən biri olan çay həm dadı, həm də istiliyi ilə tanınır.

Sahur süfrələrinin əvəzolunmazı olan çayın az bilinən zərərləri eşidənləri təəccübləndirir.

Qeyd edək ki, çay içmək susuzluğu yatırmır, əksinə, susuzluğa səbəb olur. Odur ki, sahurda çay içmək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Həmin vaxt qəbul edilən bəzi qidaların orqanizmin daha tez maye itirməsinə səbəb olduğu bir həqiqətdir.

Ancaq yaşlı-kiçik hər kəsin üstünlük verdiyi çay, tərkibindəki toksinlər səbəbindən insanın gün ərzində daha tez-tez sidiyə getməsinə səbəb olur. Araşdırmalar göstərir ki, isti içkilər bədənin isinməsinə səbəb olur  və  tərlədir. Çay içdiyimiz zaman bədənimiz normadan daha çox tər ifraz edir.

Bundan əlavə, xüsusilə dəmlənmiş çay bədəndəki mayeni azaldır və axşama qədər susuzluğa səbəb olur. Bədəndə mayenin miqdarı azaldığından bəzi xəstəliklərin artmasına və daş xəstəliyinin əlamətlərinə səbəb olur.

Ona görə də  iftardan sonra çay məsləhət görülsə də, mütəxəssislər sahur vaxtı içməməyi tövsiyə edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Alça yedikdən sonra mütləq bunları edin, yoxsa… – XƏBƏRDARLIQ

redaktor

Bu məhsullar kişi sağlamlığının düşmənidir!

redaktor

Qabığını zibilə atmayın – Dəmləyib için görün nələrə çarədir. Ən əsası xərçənglə mübarizə aparır.

redaktor