5 C
Bakı
27 Fevral 2026 21:18
CəmiyyətTəhsil

MIT (Massaçusets Texnologiya İnstitutu, ABŞ) ChatGPT istifadəsi ilə bağlı tədqiqat aparıb.

Tədqiqata cəlb olunan ChatGPT istifadəçilərinin 83,3%-i bir neçə dəqiqə əvvəl yazdıqları mətndən bir cümləni belə xatırlamayıblar. ChatGPT-siz yazanlar isə mətnin əksər cümlələrini asanlıqla xatırlayıblar.

ChatGPT istifadəçilərində neyron bağlantısı kəskin şəkildə düşüb – 79-dan 42 bala (47%). Bu bütün tədqiqat qrupları arasında ən aşağı bal olub.

ChatGPT istifadəsini dayandırdıqdan sonra da tədqiqata cəlb olunanların əqli fəallığı azalıb. Onların balları həmişə ChatGPT-dən istifadə etməyənlərdən aşağı oldu.

Paradoks bundadır ki, ChatGPT istifadəçiləri tapşırıqları 60% daha sürətlə yerinə yetirirlər, lakin onların zehni səyləri 32% aşağı düşür.

Təbii ki, belə olmalıdır.

Ən yaxşı nəticələr işə ChatGPT-siz başlayan və sonra ondan köməkçi vasitə kimi istifadə edənlərdə müəyyən olunub. Belələrinin həm yaddaşı, həm beyin fəallığı, həm də ümumi performansı daha yüksək olub.

Tədqiqatın nəticəsi budur ki, ChatGPT faydalı bir vasitə ola bilər, lakin ondan şüurlu şəkildə istifadə etmək vacibdir. Süni intellekt düşüncə tərzinizi əvəz etməli deyil, dəstəkləməlidir.

İndi 5 il ərzində hər məsələdə süni intellektdın istifadə edən adamı təsəvvür edin. Onun sərbəst düşünmək, məntiqi qərarlar vermək qabiliyyəti qalacaqmı?

Görünür, getdikcə kütləvi sayda düşünən insana ehtiyac qalmayacaq. Onsuz da onların funksiyalarını süni intellekt quraşdırılmış robotlar yerinə yetirəcəklər. Bu səbəbdən təhsil də primitivləşəcək, çünki kütləvi yaxşı savada ehtiyac olmayacaq. Çox bahalı yaxşı təhsil yalnız azsaylı elita üçün olacaq.

Buna doğru getdiyimiz haqda yazmışdım.

Nə qədər ki gec deyil, övladlarınıza yaxşı təhsil verin – təhsil gələcəyə qoyulmuş ən bahalı investisiya olacaq.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Sosioloqdan qalmaqallı təklif: “Spirtli içkilər ancaq kafe və restoranlarda satılsın”

redaktor

“Rufo Gəncinski”dən “Toppuş bacı“ya böyük məbləğdə JEST

redaktor

“Çağırıb başa salırlar, o da ərizəsini yazır, adını da qoyurlar könüllü istefa…”

admin