Tacxeber.com xəbər verir ki,Teleqraf-ın əldə etdiyi məlumata görə, yazıda konkret olaraq “ChatGPT”nin stili öz əksini tapıb.

Belə ki, fəlsəfə doktoru “ChatGPT”dən istifadə edərək mövzuya uyğun suallar ünvanlayıb və aldığı cavabları öz imzası ilə ictimaiyyətə təqdim edib.

İmza ilə yanaşı, AMEA-nın rəsmi saytındakı yazıda alimin fotosu da əks olunub.

“ChatGPT”nin özü isə alimin “yazısını”nın süni intellekt məhsulu olması ehtimalını 70-85 faiz kimi dəyərləndirib. Analizdə emosional keçidlərin süni göründüyü, fərdi mövqenin zəif olduğu vurğulanıb. Bundan başqa, emosional hissə ilə akademik hissə arasında üslub fərqinin zəif olduğu bildirilib.

Tacxeber.com