Xocalı soyqırımının təşkilatçılarının cəzalandırılması Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsi olmalıdır.
Xocalıya ədalət kampaniyasının birinci mərhələsi başa çatıb: Xocalı işğaldan azad edilib, xocalılar doğma yurdlarına qayıdırlar.
İkinci mərhələ Qarabağda ağır cinayətlər törətmiş hərbçilərin və siyasətçilərin cəzalandırılması idi. Bu istiqamətdə mühüm addımlar atılıb: bir çox şəxslər həbs edilib və uzunmüddətli azadlıqdan məhrumetmə cəzası alıblar. Bununla belə, əli xalqımızın qanına batmış şəxslərin azadlığa buraxılması cəmiyyətdə haqlı narahatlıq doğurur.
Üçüncü mərhələ Ermənistanın Xocalı soyqırımına adekvat hüquqi və siyasi qiymət verməsinə nail olmaqdır. Bu məsələ rəsmi İrəvan qarşısında prinsipial tələb kimi qoyulmalıdır.
Eyni zamanda, 1992-ci ilin fevral hadisələrində iştirak etmiş keçmiş sovet hərbi birləşmələrinin rolu açıq şəkildə gündəmə gətirilməli, məsuliyyət məsələsi konkret adlarla ifadə olunmalıdır.
Məqsədyönlü, ardıcıl və sistemli dövlət siyasəti yürüdülərsə, Xocalıya ədalətin daha tez bərqərar olması mümkündür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
