CəmiyyətHadisə

“TƏBİB-ə bildirmişdim, lakin pul ayırmadılar”

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi davam edir.

Təqsirləndirilən keçmiş direktor Mehriban Abasquliyeva məhkəmədə deyib ki, yanğın siqnalizasiya sistemindəki problem səbəbindən baş verib:

“Yanğın təhlükəsizliyi ilə bağlı problem, siqnalizasiyanın olmaması barədə TƏBİB-ə yazılı məlumat vermişdim. Ancaq onlardan vəsaiti ala bilmədik ki, problemi həll edək”.

Abasquliyeva qeyd edib ki, mərkəzdə ciddi texniki çatışmazlıqlar olub:

“Qazanxanada problem vardı, isti su gəlmirdi. Havalandırma, generator sistemi işləmirdi. Bunları öz hesabıma təmir etdirmişəm. 6 min 500 manat maaşımın 3 min 500 manatını mərkəzin işlərinə xərcləyirdim”.

Keçmiş direktor bildirib ki, bu problem ondan əvvəlki rəhbərlik dövründə də mövcud olub və sonra da həllini tapmayıb:

“Çünki dam açılmalı, elektrik xətləri yenidən çəkilməli idi. Dam da, xətlər də yararsız vəziyyətdə idi. Lakin TƏBİB-dən maliyyə ala bilmədik”.

Növbəti məhkəmə iclası martın 4-nə təyin edilib. (HamamTimes)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Elm və Təhsil Nazirliyi yaxasını kənara çəkməməlidir”

redaktor

Skuter sürənlərə bəd xəbər: polis reydləri… – FOTO

redaktor

Azərbaycanlı professor minillərdir tapılmayan tənliyi həll etdi

redaktor