CəmiyyətHadisə

Kişi ağlayırsa, deməli dəhşətin miqyası böyükdür.

Bir kişinin ağlaması adi hadisə deyil.
Bu, zəiflik yox, sarsıntıdır.

Çünki bizim cəmiyyət kişinin ağlamasını qəbul etmir. Ona dözməyi, susmağı, dişini sıxmağı öyrədir. Bizə deyirlər: “kişisən, möhkəm ol.”

Kişi ağlayırsa, deməli artıq möhkəmlik həddi keçilib…

Kişi ağlayırsa, deməli dəhşətin miqyası böyükdür.
Deməli, ədalətsizlik şəxsi həddi keçib, sistem səviyyəsinə qalxıb.

Çünki kişi özünə görə yox, ailəsinə, övladına görə ağlayır. Dünəni itirdiyinə, sabahın qeyri-müəyyənliyinə görə ağlayır.

Bu göz yaşı qorxaqlıq deyil.
Bu, insanlığın ən yüksək həddidir.
Ən təhlükəlisi isə kişinin ağlaması deyil —
ən təhlükəlisi kişinin artıq heç nə hiss etməməsidir.

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

“Ülviyyə İlyasova, sən qanundan üstünsən”

redaktor

Niyə təyyarədə telefonlarımızı “təyyarə rejimi”-nə keçirmək lazımdır?

redaktor

Valideyn: “Uşağa görə pul xərcləmişik, boğazımızdan kəsmişik, bəs onun özünə necə deyək ki, sizin qəbulunuz dayandı?!”

admin