Cəmiyyət

Tofiq Yaqublu karserə salınıb

Təcili!!!

İndicə vəkil Nemat Kerimli Tofiq Yaqublu ilə görüşdən çıxdı.

Bu gün T.Yaqublunun zəng günü idi. Ancaq zəng etmədi. Vəkili onunla görüşüb və məlum olub ki, Tofiq Yaqublu 3 gündür ki, karserə salınıb. Hələ də karserdədir. Onun barəsində İlham Əliyevin əmri ilə 7 sutka karser cəzası verilib. Guya Tofiq Yaqublu kamerada axtarışa mane olub. Halbuki keçən bazar günü biz görüşəndə demişdi ki, bir neçə gün qabaq kameraya yoxlamaya gəlmişdilər. Yoxladılar və getdilər.

Vəkil Nemət Kərimli Tofiq Yaqublu ilə görüşəndə onun xeyli sınıxdığını görüb. Məlum olub ki, o, əsassız yerə karserə salındığı üçün, qanunsuz məhkəmə hökmunə və U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyi -ABŞ administrasiyasın insan haqlarının kobud şəkildə pozulmasına açıq göz yumduğuna görə aclıq aksiyasına başlayıb.

İlham Əliyev Vaşinqtonda üzləşdiyi gerçəkliyin heyifini Tofiq Yaqubludan və digər siyasi məhbuslardan çıxır.

Bütün siyasi məhbuslara qarşı total sərt davranışlara keçmək əmri verilib.

Tofiq Yaqubluya qarşı davranış İlham Əliyevin açıq qərəzi və qisasıdır!

İlham Əliyev Tofiq Yaqublunu həbsxanada öldürəcək. Bu, o qədər açıq görünür ki.

 

Nigar Həzi

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri – MİLYONLAR NECƏ SİLİNİR… / FOTOFAKT

admin

Tehran Mənsimov 50 yaşını belə qeyd etdi – FOTOLAR

admin

Azərbaycanlı tələbələrin 237 min manat investisiya alan startapları – Müsahibə

admin