Britaniyanın icazəsi ilə Zalujnı seçki kampaniyasına Zelenskiyə hücumla başladı və 2023-cü ildə əks-hücumun uğursuzluğu barədə həqiqəti söylədi ki, bu da prezidentin günahı idi. Zelenski özü həmişə Zalujnını ən təhlükəli rəqibi kimi görüb. Bu, MI6-nın amerikalılardan daha qabaqda oyun oynadığını göstərir. Zelenski seçkilərdən qorxur, çünki onun mənfi reytinqləri artmaqda davam edir. Budanov və Zalujnı namizəd olsalar, Zelenski ikinci tura keçə bilməyəcək. Qərb mediasının üç illik hərbi planın hazırlanması ilə bağlı xəbərləri, eləcə də danışıqları ABŞ-da ara seçkilərə qədər uzatmaq cəhdi doğrudur. Zelenski seçkilərin baş tutmaması üçün əlindən gələni edir. O, müxtəlif atəşkəs və barışıq sxemləri hazırlayır, seçkilərə görə məsuliyyəti xalqa ötürür. Bütün bunlar hakimiyyəti qorumaq üçün edilir….
Hazırda biz klassik bir ingilis oyununu görürük və Zelenskinin bitirilməsi sxeminin şahidi oluruq. Əvvəlcə ABŞ, indi isə Böyük Britaniya gələcək prezidentliyə namizəd barədə qərar verir. Keçmiş Baş Komandanın müstəqil hərəkət etmədiyini başa düşmək lazımdır. Onun bütün addımları MI6 ilə əlaqəlidir və Zelenski Ukrayna müharibəsində əsas aktyorlar tərəfindən kənarlaşdırılır. Bu hərəkətlər Trampın Ukraynada hakimiyyət dəyişikliyinə səbəb ola biləcəyi ilə bağlıdır həm də. Ukrayna yaxın vaxtlarda Zelenskinin Zalujnıyla əvəz edilməsinə hazır olmalıdır…..
