Bu gün 26 ukraynalı uşaq və onları müşayiət edən 4 nəfərdən ibarət qrup psixoloji və həm sağlamlıq reabilitasiyası üçün Azərbaycana gəliblər. Uşaqlar Ukrayina Milli Qvardiyasının həlak olan və bu gün Ukrayinanın müdafiəsini davam etdirən Ukrayina hərbçiləri övladlarıdır.
Məlumata görə, 2022-ci il, Rusiya Ukraynaya açdığı genişmiqyaslı işğal savaşı dövrü 498 ukrayinalı uşaq reabilitasiya üçün Azərbaycana gəlib və onlara burada lazımı qayğı göstərilib.
Dünyanın xeyli çox ölkələri və Türkiyə, Mərkəzi Asiya türk dövlətləri də, Ukraynaya bu səpkidə humanitar və sair yardım.göstərir, ona dəstək verirlər. Ukrayna vətən savaşından qalib çıxar!
(Xəbərdə, Ukraynada yaşayan, ictimai aktiv həmyerli, Ukrayina Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlının yayımına istinad edilib).
