DünyaSiyasət

Boris Consonun xidməti

Ukraynada ölən Rusiya əsgərlərindən 200 186 nəfərinin kimliyini açıq mənbələr üzərindən təsdiq edən BBC-nin Rusiya xidməti və “Mediazona” internet resursu Rusiyanın ölü əsgər sayısının 329 minlə 468.5 min nəfər arasında olacağı qənaətindədir. Rusiyanın 24 fevarl 2022-ci ildə Ukraynaya qarşı başlatdığı, artıq beşinci ilinə qədəm qoymuş cinayətkar müharibəsində tərəflərin itgilərini araşdıran resursların hesabatlarından çıxan ortaq qənaət belədir ki, Rusiyanın ölü əsgər sayısı 425 min civarındadır.

Rusiyanın yaralı əsgər sayısı isə bundan ən azı iki dəfə çoxdur. Yaralıların 52 faizini əsasən əl, ayaq və ya gözünü itirərək şikəst olmuşlar təşkil edir. Rəsmi məlumatların təhlilinə görə müharibənin geridə qalan dörd ili ərzində şikəst olan Rusiya vətəndaşlarının sayı 500 mindən çoxdur. Müharibədən təxris olunan əsgərlər tərəfindən öldürlən və ya şikəst edilən Rusiya vətəndaşlarının sayı da min nəfəri keçib.

Rusiyanı aclıq və yoxsulluqdan qurtararaq zənginlik qazandıran neft, qaz və daş kömür sənayesi çöküb. Daş kömür və qaz sənayesi zərərlə işləyir. Neft sənayesinin də son sanksiyalardan sonra sürətlə gəlirlərindən məhrum olur. Rusiya Dəmir Yolları zərərlə işləyir və 6 trilyon rubl borcunun faizini ödəyə bilmir. Bütün bunlar müharibənin daha bahalı olduğu, savaşın bir ilinin 500 milyard dollara başa gəldiyi bir zamanda baş verir.

Ukraynanın ay ərzində zərərsizləşdirdiyi Rusiya əsgərlərinin sayı ay ərzində səfərbər edilənlərin sayını ötüb. Buna görə də Rusiya iri miqyaslı hücumlar təşkil etmək qabliyyətini itirib. Halbuki, Rusiya 2022-ci ilin martında indi olduğundan daha çox Ukrayna ərazisinə nəzarət edirdi. Bu o deməkdir ki, bir milyona yaxın əsgərin qurban verilməsi 2022-ci ilin martındakı üstünlüyü qorumağa imkan verməyib.

Ukrayna Rusiyanı nəhəng itgilər verməyə vadar etməklə yanaşı, 2022-ci ilin martı ilə müqayisədə işğal altındakı torpaqlarının önəmli bir hissəsini azad edib.
Bütün bunlar göstərir ki, 2022-ci ilin martında İstanbulda aparılan danışıqlarda Ukraynanın sülh adı altında əslində kapitulyasiya vadar edilməsinin qarşısını alan Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın müstəmləkəçi siyasətinin qarşsının alınmasına necə böyük tarixi xidmət göstərib. İstanbul danışıqlarında Rusiya nümayəndə heyəti müharibənin dayandırılması üçün Ukraynadan Krımın və dörd vilayətinin (Donetsk, Luqansk, Herson və Zaporojye) ilhaqını tanımağı, təzminat ideyasından imtina etməyi, neytral statusunu qanuniləşdirməyi və ordusunun sayının 185 min nəfərə qədər azaldılmasını tələb edirdi. Bu gün Rusiya daha Herson və Zaporojye vilayətlərini tələb etmir. Üstəlik, Ukraynanın 800 minlik orduya sahib olmaq, Avropa İttifaqına intiqrasiya haqqını qəbul etmək məcburiyyətində qalıb.

Rusiya beynəlxalq münasibətlərdə söz sahibi dövlətdən ABŞ-ın hər elədiyinə səssizcə tamaşa edən, qlobal enerji bazarlarında qayda müəyyənedici dövlətdən azsaylı alıcısının mərhəmətindən asılı düşmüş dövlətə çevrilib.
Bütün bunlar 2022-ci ilin martında İstanbulda aparılan danışıqlarda Ukraynanı kapitulyasiya vadar edilməsi prosesinin qarşısını alan Böyük Britaniyanın Baş naziri Boris Conson tarixi xidmətidir.
Ukraynanı kapitulyasiyadan, bununla da digər postsovet respublikalarını Rusiyanın işğal təhlükəsindən xilas edilməsinə böyük töfhə verən Boris Consonun tarixi xidməti layiqincə qiymətləndirilməlidir. Bu addım Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərin daha da inkişafına xidmət edər.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Yanacaqsız sərnişın təyyarəsini 8500 metr hündürlükdən sağ-salamat endirə bildilər.

admin

İllik 1 mlrd. 500 mln. dollar maaş təklifindən imtina etdi.

admin

SON DƏQİQƏ: Yer kürəsində qəfil maqnit qasırğası başladı

redaktor