CəmiyyətHadisə

7 körpənin öldüyü işlə bağlı məhkəmə: “TƏBİB-dən yanğın siqnalizasiya sistemi üçün pul istədik, dedilər, yoxdur”

2024-cü ildə Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı iş üzrə növbəti məhkəmə prosesi keçirilib.

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərdən mərkəzin direktoru olmuş Mehriban Abasquliyeva ifadə verib.

M.Abasquliyeva direktor işlədiyi dövrdə mərkəzdə yanğın siqnalizasiya sisteminin işləmədiyini etiraf edib, lakin problemin həll olunmamasına görə özünü məsul bilməyib.

“Aylıq maaşım 6549 manat olmasına baxmayaraq, mərkəzin ehtiyacları üçün öz cibimdən 3500 manat xərcləmişəm. Necə deyə bilərlər ki, vəzifə öhdəliklərimi yerinə yetirməmişəm? İş vaxtı olmayanda da gəlib vəziyyətlə maraqlanmışam. Məndən öncəki rəhbərlərin vaxtında mərkəzin yanğın siqnalizasiya sistemi yararsız olub. Onu təmir etmək üçün damı da sökməli idilər. Bu və digər problemlərin həll edilməsi, müvafiq sistemlərin quraşdırılması üçün ümumilikdə 2 milyon 700 min manatdan artıq vəsait tələb olunurdu. TƏBİB-ə müraciət etdikdə külli miqdarda vəsait olduğu üçün verə bilməyəcəklərini dedilər. Bu gün də mərkəzdə həmin sistem quraşdırılmayıb”, – o deyib.

Növbəti proses martın 4-nə təyin edilib.

2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. Yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

Yanğınla əlaqədar Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri üzrə cinayət işi açılıb.

Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü maddələri üzrə məsuliyyətə cəlb olunub.

Mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli də Cinayət Məcəlləsinin 225.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində tanınıb.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Əhalinin NƏZƏRİNƏ: Bu mesaj gəldisə, ƏDV-ni geri ala bilməyəcəksiniz

redaktor

Dayanacaqlara reklam yapışdıranlara XƏBƏRDARLIQ: 5000 manatdan 10000 manatadək…

redaktor

Yenilənmiş Rusiya “sülhməramlı” kontingenti Azərbaycan ərazisinə geri dönür…

admin