6 C
Bakı
24 Fevral 2026 20:55
DünyaSiyasət

İran İslam Respublikası regionda və dünyada hərbiləşdirilmiş güclü dövlətdir.

Qəbul etməliyik ki, İran İslam Respublikası regionda və dünyada hərbiləşdirilmiş güclü dövlətdir.
Dünyanın supergücü Amerika Birləşmiş Ştatları həftələrdir İran sahillərinə təyyarə daşıyan gəmilərini, ən son texnologiyanı cəmləyir.
Hər an hücum ediləcəyi ilə bağlı dünya mediası xəbərlər tirajlayır.Hələki bu mümkün görünmür.

1.Səbəb nədir ?
2.ABŞ-ı nə etmək istəyir ?

12 günlük qeyri-rəsmi savaşdan sonra İranın hava məkanının çox zəif müdafiə olunması açıq şəkildə özünü göstərdi.
Buna baxmayaraq İran dayanmadı.Çindən silah-sursat daşımaqda davam edir.

İranda baş verən ixtişaşlar zamanı dünya mediasında fərqli xəbərlər yayımlanırdı.Artıq rejimin süqutu barədə öncədən məlumatlar ötürülürdü.
Guya ABŞ və İsrail İranda demokratiyanın bərqərar olmasını istəyir.
Əslində hər iki dövlətin istədiyi Vilayəti-Fəqih sisteminin İranda ləğv edilməsidir.
ABŞ-İsrail cütlüyü hələ iki il öncə Məhsa Əmininin ölümü bağlı aksiyalarda demokratiya siqnallarını İran xalqına ötürürdü.
İndiki dönəmdə isə yenidən Tələbə aksiyalarına start verilib.
Əgər ABŞ İranda demokratik sistemin hakimiyyətə gəlməsini istəsəydi İrandakı keçmiş Şah, diktatorial rejiminin son nümayəndəsi Rza Pəhləvini ortalığa atmazdı.
ABŞ və İsrailin niyyətini İran xalqı da yaxşı anlayır.Lakin, xalq hazırki siyasi rejimdən qurtulmaq üçün də can atır.

Birmənalı olaraq ABŞ İrana hücum etməyə risk etmir və son anadək gözləmə qərarına gəlib.Alternativlərdən istifadəyə daha çox üstünlük verir.
12 günlük elan olunmamış savaşda İranın İsrailə endirdiyi raket zərbələri prezident D.Trampı ehtiyatlı davranmağa vadar edir.

Diqqət edin Cefri Epişteyn dosyelərinin açılması, ABŞ və dünya mediasında gündəm dəyişməsi də təsadüfi deyil.
Açıq-aşkar İsrail, Yəhudi lobbisi Donald Tramp və administrasiyasını şan*taj edir.
Dalana dirəyir ki, İrana hücumu tezləşdirsin.

Bunun iki səbəbi var ;

1.D.Trampın adı C.Epişteyn dosyalarında əsas fiqurlardan biri kimi hallanır.
2.İsrail prezidentinin Baş Nazir Benyamin Netanyahunu bağışlamadığını, ona qarşı ci*nayət işinin başladılmasını və törətdiyi əməllərə görə qanun qarşısında cavab verməli olduğunu qeyd etməsidir.

Yəni hər iki ölkə rəhbəri siyasi ömrünü uzatmaq üçün tələsir.Ən optimal variant isə İranla açıq müharibədir.Lakin, yuxarıda qeyd edilən riskləri də nəzərə almağa məcburdurlar.
Digər bir tərəfdən isə Çin amili prosesi ləngidir.
ABŞ və B.Britaniya arasında fikir ayrılığı yarandığı üçün, ikinci tərəf Çinin daha da güclənməsində israrlıdır.

İranın Ali Dini Lideri Əli Xamneyi dəfələrlə bəyan etmişdir ki, biz heç bir halda boyun əyməyəcəyik.
47 illik siyasi sistem təbii ki, hakimiyyətdən getmək istəməz.O da məlumdur ki, İran hökuməti Nüvə silahına sahiblənməkdə israrlıdır.Çünki İranın gələcək təhlükəsizliyini bunda görür.
Baxmayaraq ki, Əli Xamneyi Nüvə silahının haram olması ilə bağlı illər öncə fətva verib.

ABŞ-nın vitse-prezidenti C.Vensin Bakı səfərinin də kökündə İranla bağlı hücum planı dayanırdı.

Qarabağı geri qaytarmağımızda əsas rol oynayan müttəfiqlərimizdən biri olan İsrail, hərbi dəstəyi məhz bu gün üçün edirdi.
Dünya güclərinin razılığı ilə torpaqları geri qaytarmağımızın arxasında bəlkə də İranla bağlı niyyət dayanırdı.

Gedən qlobal prosesdə yeni dünya düzəni pul və enerji qaynaqları üzərində qurulur.Kim daha çox sahib olacaqsa, supergüc də o olacaq.

Azərbaycanın daxili siyasi gündəmi, həm iqtidarın, həm müxalif siyasi qüvvələrin bir-birlərini qarşılıqlı şa*ntaj və təhdid etməsi də qlobal prosesin bir parçasıdır.
Söhbət “Dalana dirənmək”-dən gedir.

Hələki Azərbaycan hakimiyyəti İrana öz ərazisindən hücum olunmaması üçün dirəniş göstərir.
Bu dirənişin cavabı Beynəlxalq güclər tərəfindən necə veriləcək bunu zaman göstərəcək.

Digər tərəfdən Çin siyasi sisteminin səbrli davranışı, “İlk yox, ikinci gülləni sən at” prinsipinə sadiqliyi, əslində ABŞ-İsrail cütlüyünü buna görə ehtiyyatlı davranmağa vadar edir.

İrana hücumla bağlı həftələrdir davam edən kompaniyanın artıq geri dönüş siqnalları verilməkdədir.
Buna səbəb kimi guya ABŞ kimi hərbi büdcəsi 1 triliyon dolları əhatə edən supergücün ən böyük, dəyəri 13 mlrd dollar olan aviadaşıyıcısı USS Gerald Ford gəmisinin kanalizasiya sistemində problemlər yarandığı göstərilib. Aviadaşıyıcı gəminin Yunanıstan sahillərində təmir üçün lövbər salacaq bəhanəsini ortaya atmaqda sa əsl məqsəd budur.
ABŞ aviadaşıyıcısı hərbi əməliyyat üçün hərəkətlənərkən yüksək səviyyəli texniki baxışdan keçir və ondan sonra yola çıxır.
Yəni bu primitiv uydurmadır.

Belə bir bəhanəni ortaya atmaqda iki məqsəd olar bilər;

1.ABŞ-İran razılaşması baş tutub.
2.ABŞ-İsrail kəşfiyyatının aldığı dəqiq məlumatlar əsasında ağır itkiyə uğrayaraq rəzil duruma düşəcəklərindən xəbərdar olublar və buna görə də geri çəkilmə qərarı alıblar.

Əgər həqiqətən geri çəkilmə qərarı varsa, Böyük Britaniya siyasi sistemini hələlik qalib gəlmiş hesab etmək olar.

Belə olan halda, Azərbaycanın daxili siyasətində də müəyyən açıq gedişlər ediləcək.
Belə ki, bu qədər şan*taj olunmanın nəticə vermədiyini başa düşən xarici kəşfiyyat xidməti ortalığa atdığı əsas siyasi fiqurların aradan götürülməsini təşkil edəcək və qarşı tərəfin üstünə atacaq.
Bununla da gündəmə çevrilən mövzu müvəqqəti də olsa, bağlanacaq.

Rusiya Ukrayna bataqlığından çıxması üçün Çin kartı əsas şərtdir.
Sonrakı hadisələr bu istiqamətdə gedə bilər.
Əslində Rus siyasi sistemi yaxşı başa düşür ki, ən böyük gələcək düşməni Çindir.
Çinin daxilində “Çevrilişə cəhd ” həyata keçirilsə də, hələlik uğursuz alındı.

İranda siyasi sistemin süqutu baş tutmasa növbədə Türkiyə var.
Rusiyanın Türkiyə ilə qarşılaşdırılması ssenarisi də baş tuta bilər.
İsrailin keçmiş Baş Naziri və istefada olan generalları son zamanlar tez-tez Türkiyənin yeni İran olduğunu xüsusi qeyd edirlər.

Türkiyə və Çinin güclənməsi ABŞ-İsrail cütlüyünü çox narahat edir və gələcək üçün ən böyük təhdid kimi görürlər.

Ramin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

İsrail terrorçular üçün ölüm cəzasını bərpa edə bilər

redaktor

Paşinyan hər gecə yuxuda Allahşükür Paşazadəni görür

redaktor

Zelenski Trampın Putinə qarşı kəskin demarşını yüksək qiymətləndirir

redaktor