Cəmiyyət

İnsanlar niyə televiziyaya baxmır? Günahkar kimdir?

Deyirlər: “Tamaşaçı bayağı verilişə baxırsa, deməli onu istəyir.” Amma unutmayaq, tamaşaçı seçim etmir, seçim ona təqdim olunur. Əgər efir əsasən qalmaqal, süni göz yaşı və reytinq xatirinə qurulan mübahisələr üzərində qurulursa, alternativ haradadır?

Televiziya yalnız güzgü deyil. O, həm də zövq formalaşdırır. Maarifləndirici, analitik, mədəniyyət yönümlü proqramlar sistemli və keyfiyyətli təqdim olunsa, tamaşaçı da formalaşar. Zövq təkliflə inkişaf edir.
Reytinq naminə qazanılan qısa müddətli diqqət uzunmüddətli etimad itkisinə çevrilir. İnsanlar televiziyadan uzaqlaşırsa, bu təkcə texnologiya deyil, həm də inam məsələsidir.

Günahkar axtarmaqdansa sual verək: televiziya məsuliyyətini dərk edirmi? Çünki vətəndaş sifariş vermir. Ona nə göstərilirsə, onun içindən seçim edir.
Keyfiyyət təqdim olunarsa, tamaşaçı həmişə var. Sadəcə ona hörmətlə yanaşmaq lazımdır.

 

Elyar İslamoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Gecə səs salanlar cərimələnəcəklər: Şəhər sakinləri mövzu ilə bağlı nə düşünürlər? – SORĞU – VİDEO

redaktor

Bağırsaq xərçəngindən qoruyan qidalar.

admin

ABŞ və beynəlxalq təşkilatlar “Abzas Media işi” üzrə saxlanılan jurnalistləri azad etməyə çağırır

admin