DünyaSiyasət

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi – Neft-qaz sektoru hədəf alınıb

Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ilə əlaqədar genişmiqyaslı sanksiyalar paketini açıqlayıb.

Tacxeber.comQərb mediasına istinadla xəbər verir ki, sanksiyalar siyahısında 297 maddə yer alıb.

Sanksiyalar çərçivəsində “Transneft” şirkətinə məhdudiyyətlər tətbiq olunub. Böyük Britaniya hökumətinin məlumatına görə, şirkət Rusiyanın neft ixracının 80%-dən çoxunu nəql edir. Məhdudiyyətlərin tətbiqi Kremlin neft üçün alıcı tapmaq səylərini daha da çətinləşdirəcək.

Eyni zamanda, sanksiyalar 48 neft tankerinə və 175 şirkətə şamil edilib. Bu şirkətlərin “2Rivers” (Coral Energy) neft şəbəkəsinə daxil olduğu bildirilir. “2Rivers” Rusiyanın kölgə donanmasının ən iri operatorlarından biridir və böyük neft treyderi hesab olunur.

“Financial Times” yazıb ki, 48-dən çox şirkət “Rosneft”in yanacağı ilə bağlı əməliyyatlarda iştirak edir və onların arasında “Coral Energy” də var.

Bundan əlavə, sanksiya siyahısına 49 hüquqi və fiziki şəxs daxil edilib. Onlar Rusiyanı dəstəkləyən beynəlxalq təchizatçılar, silah istehsalına komponent və texnologiya verən qurumlardır.

Siyahıya 5 rusiyalı sahibkar və “Rosatom” şirkətinin 2 əməkdaşı, “Avers Bank”, “Toçka Bank”, “Poçta Bank, “Fora-Bank”, “Ak Bars”, “Lanta-Bank”, “Sinara Bank”, “Absolut Bank”, “Transkapitalbank”, Rosatom Enerji Layihələri ASC və “Rusatom Overseas”, “Transneft”, həmçinin “Qazprom LNG Portovaya”, “Kriogaz-Vısotsk” və “Novatek” şirkətləri, BƏƏ-dən 142, Çindən 39, Taylanddan 3 və Hindistandan 2 şirkət, Varşavada yerləşən “Alliance Capital” şirkəti və Gürcüstanın “İmedi TV” və “POSTV” televiziya kanalları daxil edilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəhbəri İvett Kuoper bildirib:“Bu, Londondan Rusiya işğalının ilk aylarından bəri tətbiq olunan ən genişmiqyaslı sanksiyalar paketidir”. (AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi – VİDEO

redaktor

İran Britaniyaya nota VERDİ

admin

ABŞ-nin Azərbaycan planını ifşa etdi: ermənilər pərt oldu – VİDEO

redaktor