Sosial şəbəkələrdə söyüş söydüyünə görə 4 nəfər həbs, 2 nəfər isə cərimə edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda deyilir ki, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsini pozublar, “sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, açıq hörmətsizlik göstərən və əxlaqa zidd paylaşımlar ediblər”.
Eyni vaxtda aparıcı Toliklə müğənni Səidə Sultan arasında qalmaqal yaşanıb. Hadisə “TikTok”da canlı yayım zamanı baş verib. Efirlərdəki problemlər müzakirə olunarkən, Tolik müğənniyə qarşı təhqiramiz ifadələr işlədib və gərginlik artıb.
Bundan sonra Tolik özü canlı yayım açıb və Səidəyə qarşı söyüşlərinə davam edib. O, hətta 102-yə zəng edərək, Səidə Sultandan şikayət edib. Tolik deyib ki, müğənnini məhkəməyə verəcək.
Şəbəkə istifadəçiləri yazır ki, Tolik bundan əvvəl də dəfələrlə sosial mediada təhqiramiz ifadələr işlədib, insanlara qarşı küçə söyüşləri ilə hücum edib, lakin aparıcı ilə bağlı heç bir hüquqi tədbir görülməyib.(HamamTimes)
