Orban və Fitso Zelenskini şantaj edirdilər ki, “Drujba” kəməri ilə Rusiya neftinin nəqlini bərpa etməsə, Ukraynaya verdikləri elektrik enerjisini kəsəcəklər.
Ukrayna isə bu şantaja Tatarıstandakı Kaleykino neft nəqli (nasos) stansiyasına zərbə endirməklə cavab verib. Bu stansiyadan “Drujba” kəmərinə, neftayırma zavodlarına və ixrac terminallarına ildə 100 milyon tona qədər neft nəql edilir.
İndi kəmərə neft gəlmirsə, kəməri bərpa etməyə nə ehtiyac?..
Macarıstan və Slovakiya Ukrayna ilə hədə-qorxu dilində yox, drujba ruhunda danışmağı öyrənsə, yaxşı olar. O boyda Rusiyanın qarşısında 4 ildir dayanan ölkə 1956 və 1968-in dərslərini unudub, ümumavropa maraqlarına xəyanət edərək Rusiya maraqlarına xidmət edən siyasi cırtdanlardan niyə qorxsun.
