Digər

Niyə Amsterdamda ət məhsulları, daxili yanma mühərrikli avtomobillər reklamları qadağan edildi?

Amsterdam 1 maydan etibarən ət məhsulları, daxili yanma mühərrikli avtomobillər, aviauçuşlar, kruizlər və qazıntı yanacaqlarından (neft, qaz, kömür və s.) istifadə edən hər şeyin reklamını qadağan etdi. Bilbordlarda, avtobus dayanacaqlarında və digər ictimai yerlərdə bu tip reklamlar olmaz. Hələlik ticarət obyektlərinin fasadlarında və daxilində onların reklamına icazə verilir. Hələlik…

Bu “gözəl” qadağanın təşəbbüskarları “Yaşıl solçular” və ” Heyvanların müdafiəsi partiyası”dır. Niderland normallıq qadağan edilən ilk ölkə olsa da Amsterdam ilk şəhər deyil – ondan əvvəl bu təşəbbüsdə Niderlandın Haaqa və Utrext şəhərləri bulunublar.

Məqsəd guya sakinləri ekoloji cəhətdən daha təmiz həyat tərzi sürməyə və qlobal istiləşmə ilə mübarizə aparmağa təşviq etməkdir. Axı onlar yalnız adi insanların xoşbəxtliyi haqda düşünürlər.

Belə görünür ki, qlobalistlər hələ də öz işlərindədirlər. Adi insanlar normal əti unutmalı və həşərat yeməyə (onu reklam etmək olar) alışmalıdırlar, həbs düşərgəsindəki kimi yaşamalı, evindən 15 km uzağa getməməlidirlər.

Hələlik ətin reklamı qadağan edilir, sonra əti yemək qadağan olunacaq, daha sonra ət yeyəni kannibal kimi cəzalandıracaqlar.

Asif Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Ford”un rəhbərinin oğlu təhsilindən imtina etdi: Mexanik olmaq istəyir

admin

Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi

redaktor

Maqnit qasırğaları yenidən yaxınlaşır: Təhlükəli günlər AÇIQLANDI

redaktor