13.3 C
Bakı
10 Aprel 2026 14:55
DünyaSiyasət

Le Figaro: Ruhani İranda Xameneini hakimiyyətdən uzaqlaşdırmağa çalışıb

Fransanın “Le Figaro” qəzetinin məlumatına görə, 2026-cı ilin yanvar ayında İranda kütləvi etirazlar fonunda Ali Rəhbər Əli Xameneinin hakimiyyətdən uzaqlaşdırılmasına cəhd edilib.

Nəşrin məlumatına görə, təşəbbüs 8 yanvar gecəsi, minlərlə insanın öldürüldüyü etirazların pik həddindən bir gün əvvəl yaranıb.

“Le Figaro” mənbələrinin məlumatına görə, planın təşəbbüskarı İranın keçmiş prezidenti Həsən Ruhani olub və o, Xameneinin vəziyyətin idarə olunmasındakı təsirini məhdudlaşdırmaq və böhranın idarə olunmasını daha geniş məmurlar dairəsinə ötürmək istəyib.

Lakin qəzet yazır ki, plan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin dəstəyinin olmaması səbəbindən uğursuzluğa düçar olub. Onun təsdiqi olmadan təşəbbüsü həyata keçirmək mümkün deyildi.

Həmçinin qeyd edilib ki, planlaşdırılan hərəkətlə bağlı məlumat sızması riskini minimuma endirmək üçün hazırkı prezident Məsud Pezeşkian müzakirələrdə iştirak edənlər siyahısından çıxarılıb.

İran hakimiyyəti tərəfindən bu məlumatın rəsmi təsdiqi hələlik yoxdur.

“The New York Times” qəzeti əvvəllər İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölkənin faktiki “əməliyyat idarəçiliyini” milli təhlükəsizlik müşaviri Əli Laricaniyə həvalə etdiyini və bu addımın prezident Məsud Pezeşkyanın rolunu əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Cəbhədə sürpriz sıçrayış: Müdafiə xətləri darmadağın edilir

admin

Paşinyan əlində xəritə ölkəni buna görə gəzir

redaktor

Vens: Əliyev və Tramp dünyada həm Türkiyə, həm də İsraillə yaxşı münasibətlərə malik olan yeganə liderlərdir

redaktor