24.5 C
Bakı
09 İyun 2026 15:19
DünyaSiyasət

Tramp Qrenlandiyaya tibbi missiya göndərdi

ABŞ Prezidenti Donald Tramp yerli əhaliyə tibbi yardım göstərmək üçün Qrenlandiya sahillərinə Amerika xəstəxana gəmisinin göndəriləcəyini elan etdi. O, bu barədə sosial media platforması TruthSocial-da açıqlama verib.

Amerika liderinin sözlərinə görə, missiya Luiziana qubernatoru Ceff Lendri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Gəmi Trampın qeyd etdiyi kimi, tez-tez laqeyd qalan xəstə insanlara kömək etmək üçün Qrenlandiyaya gedir.

ABŞ prezidenti bildirib ki, “Luiziana ştatının möhtəşəm qubernatoru Ceff Lendri ilə birlikdə Qrenlandiyaya heç kimin vecinə almadığı çoxsaylı xəstə insanlara qulluq etmək üçün gözəl bir xəstəxana gəmisi göndəririk. O, artıq yola düşüb”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin Qərbə meydan oxudu: “Ukraynaya təklif etdiyim şərtləri qəbul etməsəniz…” – VİDEO

redaktor

Çinin uzun oyunu…..

redaktor

Fransa və Almaniya Ərdoğanın görüşdə iştirakını istəməyib – Arzu Nağıyev

redaktor