9 C
Bakı
22 Fevral 2026 13:50
DünyaSiyasət

İran ətrafında halqa daralır

ABŞ İrana qarşı əməliyatda içştirak etmək üçün 456 hərbi təyyarəni hazır vəziyyətə gətirib. Yaxın Şərqdəki bazalarda artıq yer olmadığı üçün onların bir qismi Avropadakı aerodromlarda yerləşdiriliblər.
Məsələn, Portuqaliyanın tərkibinə daxil olan Azor adalarındakı Lajeş bazasında indiyə qədər görünməmiş sayda Amerika təyyarələri cəmləşib. Son günlərdə oradan ən azı 11 “KC-46 Pegasus” yanacaq təchizatçısı və 12 “F-16”nın keçdiyi qeydə alınıb.
Bolqarıstandakı Sofiya Beynəlxalq Aeroportunda ABŞ HHQ-yə məxsus “KC-135R Stratotanker”yanacaq təchizatçıları yerləşdirilib.
Hazırda ABŞ-nin İran istiqamətində cəmləşdirdiyi aviasiya qrupu haqqında məlum olan rəqəmlər bunlardır:
– 30 ədəd beşinci nəsil “F-35A Lightning II” qırıcısı
– 36 ədəd “F-15E Strike Eagle” hücum təyyarəsi
– 12 “A-10C Thunderbolt II”
– 48 ədəd müxtəlif modifikasiyalı “F-16” qırıcısı (bəziləri HHM sistemlərini sıradan çıxarmaq üçün modifikasiya olunub)
– 6-12 arası “F-22A Raptor” qırıcısı
– 6 “EA-18G Growler” radioelektron mübarizə təyarəsi

 

Ədalət Verdiyev

Tacxeber.com

Oxşar xəbərlər

İran İraqı da itirir.

admin

Proqnozu Yeni ildən bir neçə saat əvvəl gerçəkləşdi – Nostradamus daha nələr deyib?

admin

İran müdafiəsiz qaldı – Bütün sistemlər məhv edildi

redaktor