10 C
Bakı
21 Fevral 2026 15:00
DünyaMuharibəSiyasət

Rusiya tələbələri müharibəyə cəlb edir…

ABŞ-ın Müharibə Tədqiqatları İnstitunun ekspertləri bildirirlər ki, Vladimir Putin ehtiyatda olanların yenidən məcburi şəkildə qismən səfərbərliyinə əl ata bilər.

Ekspertlərin fikrincə, müqavilə əsasında xidmətə cəlb olunanların sayı artıq cəbhədəki itkiləri kompensasiya etmir. 2026-cı ilin yanvarında Rusiya Silahlı Qüvvələrinə qoşulan yeni müqaviləli hərbçilərin sayı ordunun eyni dövrdə cəbhədə itirdiyi şəxslərin sayından 9 min nəfər az olub.
Analitiklər bunu canlı qüvvə çatışmazlığının əsas göstəricilərindən biri kimi qiymətləndirir.
İnsan resursu çatışmazlığına işarə edən digər addım kimi fevralın 18-də Dövlət Duması tərəfindən birinci oxunuşda qəbul edilən qanun layihəsini göstərilir Sənəd “tarixi həqiqətin təhrifinə” və “Vətəni müdafiə borcundan yayınmaya” qarşı preventiv tədbirlərin gücləndirilməsini nəzərdə tutur.
Ekspertlərin qənaətincə, bu sənəd Kremliyə ehtiyatda olanların səfərbərliyini tənqid edən vətəndaşların hüquqi təqibi üçün əsas yarada bilər.
Analitiklər həmçinin Rusiyada Telegram tətbiqinin işinin ləngiməsini də diqqətə çatdırırlar. Onların fikrincə, bu addım hakimiyyətin informasiya məkanına nəzarəti gücləndirmək və hökumətə, eləcə də hərbi əməliyyatlara yönələn tənqidləri məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.
Bununla paralel olaraq ali məktəblərdə fəal şəkildə hərbi xidmətə cəlbetmə kampaniyası aparıldığı bildirilir. Fevral ayından etibarən Sankt-Peterburq tələbələrinə Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq təklif olunur. Tələbələrə xüsusi və imtiyazlı şərtlər vəd edilir – guya xidmət vasitəsilə universitetdən xaric olunmanın qarşısını almaq mümkündür və müqavilə yalnız bir il müddətinə bağlanır.
Bundan başqa bütün dövlət universitetlərində tələbələrin müharibəyə cəlb olunması üçün fəal təbliğat aparılır.
Bütün bu addımlar Rusiya hakimiyyətinin hərbi resursları artırmaq və mümkün yeni səfərbərlik dalğasına hüquqi və informasiya zəmini hazırlamaq niyyətindən xəbər verir.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın beynəlxalq axtarışa verdiyi milyarder Ermənistanda saxlanılıb.

admin

Faciə xəbərini eşidən Zelenskinin həyat yoldaşı göz yaşlarına hakim ola bilmədi – FOTO

redaktor

ABŞ-də yerli yəhudi icmasının lideri öldürülüb

redaktor