10 C
Bakı
21 Fevral 2026 17:58
CəmiyyətDünya

BƏƏ hakim ailəsinin başçısının oğluna Azərbaycanın təbiətini kor qoymağa kim icazə verə bilər?

“Sən demə məlum görüntülərdən sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidməti açıqlama veribmiş (aşağıda).

Bu cür açıqlama bizi təəccübləndirmir. Çünki, Azərbaycanda bəzgək ovuna gələnlər elə-bələ adamlar deyil. Bunu biz iddia etmirik, ovda olan dəstənin öz paylaşımları sübut edir!

Mil düzündə ovda olan BƏƏ vətəndaşlarından biri Şeyx Zayeddir. O, BƏƏ-nin hakim sülaləsinin başçısı sayılan Şeyx Muhəmmədin oğludur. Qardaşı Abdulla BƏƏ-də Media Nazirdir. Digər qardaşı Şeyx Saif ilə birgə Şeyx Zayed ən azı 5 ildir ölkəmizə bəzgək ovuna gəlir və bunu gizlətməyərək sosial mediada bölüşürlər!

Təklifimiz odur ki, bəzgəyi Qırmızı Kitabdan çıxarın, rəsmi ovunu açın biz də bilək ki, ən azı bu ov leqallaşıb. Dövlətə rəsmi rüsum ödənir. Onsuz həmin şeyxlər üçün müəyyən edəcəyiniz rüsumlar “saqqız pulu” belə deyil.

Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, bu iddia qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb:

“17 fevral 2026-ci il tarixində səhər saatlarında sözügedən hotelin ərazisinə keçirilən baxış zamanı ovlanmış bəzgək quşlarına rast gəlinməyib. Lakin qeyd olunan görüntülərin nə zaman çəkilməsi və qanun pozucularının kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir. (Ecofront)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bitkoin yenidən bahalaşır – Səbəb

admin

Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı 3 dəfə artıb

redaktor

Valideynlərə nəzərinə: Övladlarınızda kriminala meyillilik bu səbəbdən yaranır

admin