7 C
Bakı
20 Fevral 2026 23:37
DünyaSiyasət

Vaşinqtonda nə baş verdi?

Vaşinqtonda Prezident İlham Əliyevin qaldığı otelin qarşısında baş verən qarşıdurma zamanı bir qrup azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirirdi. Qarşıdurma zamanı prezidentin mühafizəçiləri ilə etirazçılar arasında fiziki insident yaşandı.

Azərbaycanın yerli mediası bu şəxsləri “xuliqan”, “qaraguruhçu”, “təxribatçı” kimi təqdim edir.

Qərb mediası isə onları “peaceful protesters” — dinc etirazçılar kimi təsvir edir. ABŞ və Qərb mətbuatı bu hadisəni adi qarşıdurma kimi deyil, insan hüquqları və demokratik ifadə azadlığı kontekstində işıqlandırır.

Gəlin konkret sitatlara baxaq.

The Guardian: “Bodyguards traveling with the Azerbaijani president punched, kicked and chased protesters outside a Washington hotel, demonstrators calling for the release of political prisoners.” (“Azərbaycan prezidentini müşayiət edən mühafizəçilər Vaşinqton otelinin qarşısında siyasi məhbusların azadlığını tələb edən etirazçıları yumruqladı, təpiklədi və təqib etdi.”)

The Washington Post: “Protesters said they were attacked by bodyguards protecting Azerbaijani President Ilham Aliyev. One demonstrator was struck in the jaw and kicked in the stomach.” (“Nümayişçilər bildirdilər ki, onlar Azərbaycan Prezidenti İlham Əliyevi qoruyan mühafizəçilər tərəfindən hücuma məruz qalıblar. Bir etirazçı çənəsindən vurulub və qarnından təpik alıb.”)

OC Media: “Footage showed Aliyev’s guards attacking peaceful protesters shouting ‘freedom to political prisoners’.” (“Görüntülər Əliyevin mühafizəçilərinin ‘siyasi məhbuslara azadlıq’ şüarları səsləndirən dinc etirazçılara hücum etdiyini göstərir.”)

Əsas sual budur: Cangüdənlərə hücum əmri kim tərəfindən verilib?

Əgər bu addım birbaşa siyasi rəhbərlik səviyyəsində təsdiqlənibsə, bu, çox ciddi məsələdir. Bu o deməkdir ki, emosional qərarlar artıq diplomatik mühitə daşınır. Dövlət başçısının əsəblərinin əvvəlki qədər möhkəm olmaması barədə suallar yaranır.

Əgər belə bir göstəriş verilməyibsə və mühafizəçilər öz təşəbbüsləri ilə hərəkət ediblərsə — bu daha təhlükəlidir. Çünki o halda sual yaranır: Mühafizəçilər prezidentin təhlükəsizlik perimetrini tərk edib küçədə fiziki qarşıdurmaya necə girə bilər?

Prezidenti otel ərazisində qoyub, diqqəti etirazçılara yönəltmək hansı təhlükəsizlik məntiqinə uyğundur?

Peşəkar mühafizə xidməti emosional reaksiya vermir. Onun işi təhlükəni neytrallaşdırmaqdır, qarşıdurmaya qoşulmaq yox.

Əgər əmri verən var idisə — məsuliyyət siyasi səviyyədədir.
Əgər əmri verən yox idisə — o zaman sistem daxilində idarəetmə problemi var.

Məsələ artıq sosial şəbəkə polemikası deyil.
Bu, dövlətin reputasiyası və təhlükəsizlik mədəniyyəti məsələsidir.

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Blinken: “Ukrayna çətinlik çəkir”

redaktor

DÇ-2022-yə gələn braziliyalı ailə və meksikalı azarkeş islam dinini qəbul etdilər – VİDEO

redaktor

“Rusiya nüvə enerjisi ilə işləyən qanadlı raketi sınaqdan keçirəcək” – NYT

admin