7 C
Bakı
20 Fevral 2026 20:49
DünyaSiyasət

Trampın ticarət siyasətinə qarşı məhkəmə iddiası

ABŞ Ali Məhkəməsi prezident Trampın “Fövqəladə beynəlxalq iqtisadi səlahiyyətlər haqqında” (IEEPA) qanun çərçivəsində tətbiq etdiyi gömrük rüsumlarını ləğv edib.

Bu qanun ABŞ-a qarşı qeyri-adi, fövqəladə təhlükələr olacağı təqdirdə, prezidentə fövqəladə vəziyyət elan edərək beynəlxalq ticarəti tənzimləmək səlahiyyəti verir. Ali Məhkəmə müəyyən edib ki, Tramp öz səlahiyyətlərini aşıb.

ABŞ Ali Məhkəməsində 6 mühafizəkar və 3 liberal hakim var. Qərar 6 lehinə, 3 əleyhinə olmaqla qəbul olunub. Sədr Con Roberts də daxil olmaqla, 3 mühafizəkar hakim (ikisi Trampın təqdimatı ilə təyin olunub) qərarın lehinə səs verib.

İndiyə qədər Trampın rüsumları vasitəsilə büdcəyə 134 milyard dollar toplanıb. Məhkəmənin qərarında bu pulun taleyinin necə olacağı barədə heç nə yoxdur. Bu barədə mübahisələrə ticarət məhkəmələrində baxılacaq.

Ağ Evdən bildiriblər ki, prezident bu rüsumları təkrar tətbiq etmək üçün alternativ mexanizmlərə malikdir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsveç səfiri Türkiyə XİN-ə çağırıldı

admin

VP: Tramp NATO ölkələrinə and içdi ki, Rusiya onlara hücum etməyəcək

redaktor

Rusiya təyyarəsi sərt eniş etdi – YARALILAR VAR

redaktor