7 C
Bakı
20 Fevral 2026 21:53
Cəmiyyət

Kəramətin susması acizlik deyil, elə o susqunluqla verilən cavabdır.

Bir gəncimiz Kəramət bəyə sual verir:
– Siz də, Baləli də söz adamısınız. Baləli yarım milyonluq maşın sürür, siz isə 5-6 min manatlıq minivendə kitab satırsınız. İndi deyin, siz istedadlısınız, yoxsa Baləli?

Kəramətin isə bu sualdan əlhəmi çaşır.

Əslində bu, bir insanı deyil, bütöv bir cəmiyyətin düşüncə sistemini ifşa edən sualdır. Kəramətin susması acizlik deyil, elə o susqunluqla verilən cavabdır. Çünki elə suallar var ki, onlara cavab vermək sualı legitimləşdirmək deməkdir. Bu isə artıq fərdi məsələ deyil – ictimai düşüncə böhranıdır, deqradasiyadır.

Bu yeni modeldə zəhmət, dərinlik, intellekt, mənəvi dəyər arxa plana atılır. Kəramətin cavab verməməsi məhz intellektin arxa planda olmasının etirafı, qəbuludur. Bəzən susmaq ən sərt polemikadır. Çünki cavab versəydi, söhbət artıq sənətdən yox, elə avtoların qiymət səviyyəsinə düşəcəkdi.

Bu sual doğrudan da sübut etdi ki, problem konkret bir şəxsdə deyil, problem cəmiyyətin indiki dəyərlərindədir. Heç bir normal insan inkar etməz ki, gəncin sualı sənətdə zövq məsələsi deyil – dəyərlər sisteminin deformasiyasıdır.

Gəncimizə verdiyi sualla cəmiyyətimizin ifşa etdiyinə, Kəramət bəyə isə susmağı ilə qəbullandığına görə təşəkkür edirəm.

 

Hüquqşünas Vüqar Dadaşov

Tacxeber.com

Oxşar xəbərlər

Hüseyn 153 milyonluq borcundan danışdı: Vecimə deyil

redaktor

Yaddaşı silmək mümkün olacaq – YENİ TƏDQİQAT

redaktor

Vilyam Hacıyevin arvadı beş milyonluq əmlakı, oğlu “Land Rover”ini GERİ İSTƏYİR

redaktor